Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Prezidenti Ərdoğan razılıq verdi: Bu nazirlər vəzifədən gedir

Baxılıb: 976     Tarix: 14-10-2024 14:29   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinə yenidən baxılması üçün yaşıl işıq yandırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Sözçü” nəşri məlumat yayıb.
Ərdoğan hökumət daxilində kadr dəyişikliyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, inzibati mexanizmlərdə və hakim Ədalət və İnkişaf Partiyasının daxilində bəzi dəyişikliklər ola bilər.
Türkiyə mətbuatının məlumatına görə, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Gökdaş, gənclik və idman naziri Osman Aşkın Bak və əmək və sosial təminat naziri Vedat İşıkhan vəzifələrindən çıxarıla bilərlər.
Bundan başqa, bir-birinin ardınca zorakılıq və cinsi təcavüz xəbərlərindən sonra ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerliqaya da tənqid hədəfinə çevriliblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar