Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Donald Tramp - Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam

Baxılıb: 925     Tarix: 21-10-2024 14:29   

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələyib.
Qanunvehedef.az xəbər verir ki, Tramp bunu “Voll Strit Jurnal”a müsahibəsində deyib.
“Dedim ki, Vladimir, Ukraynanı təqib etsən, səni (Moskvanı nəzərdə tutur - red.) o qədər güclü vuracağam ki, inanmayacaqsan. Mən lənətə gəlmiş Moskvanın düz mərkəzini vuracağam. Dedim ki, biz dostuq, bunu etmək istəmirəm, amma seçimim yoxdur”, - o bildirib.
Trampın sözlərinə görə, Putin ona “No way” (mümkün deyil, - red.) ifadəsi ilə cavab verib:
“Dedim ki, sən elə bir zərbə alacaqsan ki, başının üstündən o lənətə gəlmiş günbəzləri dağıdacağam. Çünki bilirsiniz, o, günbəzlərin altında yaşayır”.
Tramp Putinlə söhbətinin nə vaxt və hansı şəraitdə baş tutduğunu açıqlamayıb. O əlavə edib ki, onun Rusiya prezidenti, eləcə də Çin lideri ilə əla münasibəti var:
“Həm Szinpin, həm də Putin mənim necə gicbəsər olduğumu bilirlər”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar