Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ölümündən danışdı

Baxılıb: 1 000     Tarix: 23-10-2024 10:30   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirib.
Qanunvehedef.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, o, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) vilayət rəhbərləri ilə görüşündə çıxışı zamanı danışıb.
“Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir”, - Türkiyə lideri bildirib.
Ərdoğan Güləni baş satqın adlandırıb: “Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi”.
Türkiyə lideri əlavə edib ki, rəhbərlik etdiyi dövlət heç vaxt qəyyumluğa, mafiyaya, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa boyun əyməyəcək: “Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cülərı qarabaqara izləyəcək”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar