Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Gürcüstan Prezidenti Zurabişvili prokurorluğa çağırıldı

Baxılıb: 1 012     Tarix: 30-10-2024 12:39   

Gürcüstan Prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı açıqlamalarına görə dindiriləcək.
Prosesin oktyabrın 31-də keçirilməsi planlaşdırılır.
Gürcüstan prokurorluğu prezident, partiya və müşahidəçilər tərəfindən səsləndirilən bütün məsələləri araşdıracağını, eləcə də seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa məlumata sahib ola biləcək bütün şəxsləri dindirəcəyini vəd edib.
Bununla yanaşı, seçkiqabağı kampaniya və seçki günü ayrı-ayrı pozuntularla bağlı araşdırmalar aparıldığı da qeyd olunub.
Xatırladaq ki, oktyabrın 26-sı baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}