Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə Prezidenti Ərdoğandan Öcalanla bağlı təklifə - Münasibət

Baxılıb: 1 091     Tarix: 30-10-2024 15:42   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla bağlı təklifinə münasibət bildirib.
Qanunvehedef.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının iclasında danışıb.
O, Baxçalının təklifini mühüm imkan olaraq dəyərləndirib: “Dövlət bəy daim tarixə istiqamət verən liderdir. Onun çağırışlarını bu şəkildə oxuyanlar hazırda tarixi fürsət pəncərəsini müşahidə edirlər”.
Xatırladaq ki, D.Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.
Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”.
Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar