Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədə Esenyurt Bələdiyyə sədri Ahmet Özer həbs edildi

Baxılıb: 825     Tarix: 31-10-2024 10:56   

PKK/KCK terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılan İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, prokurorluqdakı ifadəsinin ardından “PKK/KCK silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə məhkəməyə çıxarılan Özerin həbsinə qərar verilib.
Məlumata görə, Ahmet Özerin 10 il ərzində PKK üzvləri ilə əlaqəsi olduğu aşkarlanıb. Onun 694 dəfə PKK terrorçuları ilə görüşdüyü, 14 dəfə terror təşkilatının liderlərindən olan Remzi Kartal adlı şəxslə əlaqə saxladığı müəyyən edilib.
Xatırladaq ki, o, 31 mart 2024-cü ildə Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasından Esenyurt üzrə bələdiyyə sədrliyinə namizəd olaraq irəli sürülüb və səs çoxluğu ilə qalib gəlib.

Qanunvehedef.azшаблоны для dle 11.2