Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Svetlana Qrinçuk: Bu, COP29-da işimizin istiqamətlərindən biri olacaq

Baxılıb: 784     Tarix: 01-11-2024 08:45   

“İqlim dəyişikliyi iqtisadiyyatımızın hər bir sahəsinə təsir edir və biz buna uyğunlaşmalıyıq. Ölkəmizin yenidən qurulması prosesində biz baş verən dəyişiklikləri nəzərə almalı, müasir texnologiyalardan istifadə etməliyik”.
Qanunvehedef.az “ecopolitic.com.ua”ya istinadən xəbər verir ki, bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.
“Artıq qlobal məqsəd müəyyən edilib - biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik. Ancaq indi biz nəinki bu barədə danışmalıyıq, həm də bu yaşıl bərpanın tam olaraq necə baş verəcəyi ilə bağlı konkret həlləri birgə işləyib hazırlamalıyıq. Bu, Bakıda COP29-da bizim işimizin və danışıqlar mövqeyimizin əsas mesajlarından və əsas istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin məruz qaldığı itkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesi haqqında danışmalıyıq. Biz bütün bunları öz pavilyonumuzda nümayiş etdirəcəyik, müzakirələr aparıb həll yollarını işləyib hazırlayacağıq”.
Qrinçukun sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarla iqlim maliyyələşdirilməsinə dair qlobal mexanizminin işlənib hazırlanması haqqında danışacaq: “Bu məsələdə Ukraynanın səsi eşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsiz müharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldə etməliyik”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar