Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa Donald Trampı təbrik edib.

Baxılıb: 1 023     Tarix: 06-11-2024 13:24   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən seçkilərin ilkin nəticəsinə görə qalib gələn Donald Trampı təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, Ərdoğan bu barədə şəxsi X hesabında paylaşım edib.
“Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.
ABŞ xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyinə, Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla, regional və qlobal böhranların və müharibələrin sona çatacağına ümid edirik; Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram.
Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq”, - paylaşımda qeyd edilib.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar