Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Pakistan elan etdi: Növbəti aylarda Azərbaycanla...

Baxılıb: 826     Tarix: 14-11-2024 13:09   

Pakistan Azərbaycanla qarşılıqlı ticarətin artırılmasında və bir sıra sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq planları tərəflərin ticarət dövriyyəsinin inkişafına marağını artırır. "İnvestisiya və bank layihələrinin hazırlanması baxımından top bizim tərəfimizdədir", - o qeyd edib.
M.Auranqzeb Azərbaycanla Pakistan arasında hələ də lazımi səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. "Biz informasiya texnologiyaları və mədən sənayesi sahələri də daxil olmaqla qarşılıqlı ticarəti bir neçə dəfə artıra bilərik", - o qeyd edib.
M.Auranqzeb vurğulayıb ki, Pakistan Azərbaycanla neft-qaz və bank sahələrində də əməkdaşlıqda maraqlıdır. Yaxın 3-4 ay ərzində bu sahələrdə bir neçə real investisiya layihəsi hazırlanacaq.
Maliyyə nazirinin sözlərinə görə, Pakistandan Azərbaycana turist axını artmaqda davam edir. O, yaxın gələcəkdə turist kimi Azərbaycana gəlmək istədiyini diqqətə çatdırıb.
"Bakıya ilk dəfədir gəlmişəm. Bu, çox gözəl şəhər və gözəl ölkədir. Mən turist kimi bura qayıtmağa ümid edirəm", - o bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar