Xəbər lenti
05/12/2025 [11:56]
Ahmet Çakar saxlanıldı
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Baş nazir Əli Əsədov Abdülhəmid Əlxəlifə ilə görüşdü

Baxılıb: 1 031     Tarix: 14-11-2024 14:40   

Baş nazir Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.
Nazirlər Kabinetindən (NK) mətbuatda gedən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olunub.

Qanunvehedef.az



{sape_links}{sape_article}