Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Məsud Pezeşkian nüvə silahı ilə bağlı - Açıqlama

Baxılıb: 642     Tarix: 15-11-2024 09:45   

“İran heç vaxt nüvə silahı yaratmağa çalışmayacaq”. 
Qanunvehedef.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə görüşdə deyib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Ali Rəhbərin fətvasına (red. - Əli Xamenei) əsaslanaraq, heç bir şəkildə nüvə silahı yaratmağa çalışmamışıq və yaratmayacağıq”, - deyə prezident bildirib.
İran lideri qeyd edib ki, İran AEBA ilə əməkdaşlıq çərçivəsində öz nüvə proqramının sülh məqsədli olmasını sübuta yetirməyə hazırdır.
Xatırladaq ki, noyabrın 2-də İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib ki, Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verəcək bütün imkanlara malikdir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar