Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Donald Tramp türkəsilli həkimə vəzifə verəcək

Baxılıb: 948     Tarix: 20-11-2024 10:07   

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü vəzifəyə təyin edəcək.
Qanunvehedef.az xəbər verir ki, o bu barədə “Truth” sosial şəbəkəsində məlumat yayıb.
Tramp bildirib ki, Mehmet Öz “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsini icra edəcək. Seçilmiş prezident paylaşımda türkəsilli həkimlə tanışlığından da bəhs edib.
“Həkim Özlə illərdir tanışlığımız var və əminəm, o, ABŞ-də hər kəsin ən yaxşı səhiyyə xidmətini alması üçün mübarizə aparacaq ki, ölkəmiz yenidən Qüdrətli və Sağlam olsun!”
Qeyd edək ki, Donald Tramp gələn ilin yanvarın 20-nə təyin olunan andiçmə mərasimindən sonra rəsmən prezidentlik postuna yiyələnəcək. Sözügedən təyinatlar isə həmin gündən sonra qüvvəyə minəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar