Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mariya Zaxarovanın Malta səfərinə imkan verilmədi

Baxılıb: 823     Tarix: 05-12-2024 09:49   

Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib.
Qanunvehedef.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb. O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.
“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.
Qeyd olunub ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar