Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Çavuşoğlu: “Azərbaycan həm də haqlı olduğu üçün yanında olduq”

Baxılıb: 944     Tarix: 05-12-2024 11:14   

“Ermənistanın Qarabağı işğal etməsi dərin acılara səbəb olmuşdu. Ailələr dağılmış, 1 milyondan çox insan evindən olmuşdu. Beləliklə, onların sadəcə evləri deyil, gələcəyə dair ümidləri də əlindən alınmışdı”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini” mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda bildirib.
M.Çavuşoğlu deyib ki, Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir. İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur.
“Bütün Azərbaycan cəmiyyəti bu olanlardan təsirlənib. Bütün olumsuz şərtlərə rəğmən biz həmişə ədalətin qalib gələcəyi ümidini qoruduq. 30 ildən çox işğaldan sonra o torpaqlarda yenidən Azərbaycan bayrağının dalğalanması qürur mənbəyimiz oldu. Türkiyə olaraq bu dönəmdə can Azərbaycanın haqlı davasının yanında olduq.
Azərbaycan sadəcə bizim qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanında olduq. Sülhün təsis edilməsi rifaha gətirib çıxaracaq. Geri qayıtma haqqı təməl insan hüququdur. Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik”, - deyə M.Çavuşoğlu bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar