Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya xarici işlər nazir Lavrov Ukrayna ilə sülhün şərtlərindən danışdı

Baxılıb: 725     Tarix: 06-12-2024 09:35   

“Rusiya ilə sülh sazişi bağlamaq üçün Ukrayna NATO-ya üzv olmaq cəhdlərindən həmişəlik imtina etməli, bloklara qoşulmamağa razılıq verməlidir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“NATO olmamalıdır, Şimali Atlantika Alyansının hərbi bazaları Ukrayna ərazisində yerləşdirilməməli, xarici qoşunların iştirakı ilə təlimlər keçirilməməli və nüvəsiz statusa razılıq verilməlidir”, - diplomat qeyd edib.
Lavrov deyib ki, ölkəsi Ukrayna ətrafında hadisələrin istənilən inkişafına hazırdır.
“Rusiya Prezidenti Vladimir Putin son bəyanatında açıq şəkildə bildirdi ki, biz hadisələrin istənilən inkişafına hazırıq”, - deyə nazir bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar