Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Türkiyə Prezidentinin vasitəçiliyi ilə əldə olunmuş barışıqdan danışdılar

Baxılıb: 949     Tarix: 12-12-2024 15:23   

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd birgə mətbuat konfransında iştirak ediblər. Onlar Ərdoğanın vasitəçiliyi ilə barışıq əldə ediblər.
Qanunvehedef.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Həsən Şeyx Mahmud və Abiy Əhməd Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Mahmud ölkəsi ilə Efiopiya arasındakı münaqişənin həllində göstərdiyi səylərə görə Türkiyə və ölkə Prezidenti Ərdoğana təşəkkür edərək bildirib ki, hazırda Efiopiya və Somali iki qonşu ölkədir: “Biz Türkiyənin səylərinə görə minnətdarıq. Somali gələcəkdə Efiopiyanın əsl dostu olacaq. Bu əlaqələr xalqımız üçün faydalı olmalıdır. Bölgəmizdə sülh və sabitlik bizim və xalqımız üçün birinci prioritetdir. Efiopiya və Somalinin ortaq cəhətləri çox, fərqləri isə məhduddur. Bölgəmizin əməkdaşlığımıza ehtiyacı var”.
Abiy Əhməd də çıxışında Ərdoğana və Türkiyə xalqına sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib: “Bu səylər bizi bir araya gətirdi və bu görüşü rəhbərlik səviyyəsində keçirdik. Biz təkcə qonşu dövlətlər deyil, həm də qardaşıq. Efiopiya və Somali ortaq tarix, dil və mədəniyyətə sahibdir. Somali dövlətinin təhlükəsizliyini təmin etmək və ölkəni terrorçulardan qorumaq üçün minlərlə Efiopiya əsgəri həyatını itirib. Əlbəttə, bu əslində üçüncü tərəfin müdaxiləsinə ehtiyac olmadan
həyata keçirilə bilən bir ailə dialoqudur”.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar