Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Daha bir ölkə Suriya ilə diplomatik əlaqə qurdu

Baxılıb: 996     Tarix: 16-12-2024 11:12   

Böyük Britaniya Suriyada hakimiyyəti ələ keçirmiş “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqə yaradıb.
Qanunvehedef.az xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Devid Lemmi bildirib.
“Heyət Təhrir əş-Şam” qadağan edilmiş bir təşkilat olaraq qalır, lakin biz onunla diplomatik əlaqə qura bilərik, sizin də gözlədiyiniz kimi, bu əlaqə artıq var. Biz nümayəndəli və inklüziv hökumət görməyi arzulayırıq. Kimyəvi silahların nəzarət altında olmasını və istifadə olunmamasını təmin etmək, eləcə də Suriyada zorakılığın davam etməyəcəyinə zəmanət vermək istəyirik”, - deyə XİN rəhbəri vurğulayıb.
Xatıraladaq ki, ABŞ dövlət katibi Entoni Blinken də Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar
aparıldığını təsdiqləmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar