Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Hakan Fidan: “Türkiyə Suriyadakı hadisələrdə iştirak etməyib”

Baxılıb: 944     Tarix: 16-12-2024 11:58   

“Türkiyə Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Ekonomim” qəzetinə müsahibəsində deyib.
“Türkiyə bu prosesin bir parçası olmayıb”, - deyə nazir qeyd edib.
O, həmçinin əlavə edib ki, Ankara və Dəməşq arasında münasibətlərin normallaşması məsələsinin müzakirə edilməsi üçün Suriyanın keçmiş prezidenti ilə görüşməyib. O, bununla belə üçüncü ölkələrin vasitəçiliyi ilə Suriya ilə danışıqlarla bağlı cəhdlərin göstərildiyini xatırladıb: “Biz istəyirdik, lakin onlar imtina etdi. Hətta region ölkələrindən, xüsusilə də İraqdan vasitəçi kimi istifadə edirdik. Lakin o, (Bəşər Əsəd – red.) hər kəsə rədd cavabı verdi”.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirdi, dekabrın 8-də isə Dəməşqə daxil oldular. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. O, hazırda Rusiyadadır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar