Xəbər lenti
14/07/2026 [11:59]
“Sabah” TNS-ə qarşı
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

Baxılıb: 1 002     Tarix: 18-12-2024 14:54   

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.
Qanunvehedef.az “Bakupost.az”a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. 12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.
Fotoda: Sübhan Bəkirov



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar