Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiya Prezidenti Vladimir Putin Qərbi duelə dəvət etdi

Baxılıb: 955     Tarix: 19-12-2024 15:30   

“Heç kəsin “Oreşnik”i vurmaq şansı yoxdur”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin böyük mətbuat konfransında çıxışı zamanı “Oreşnik” raket kompleksi barədə danışarkən deyib.
“Təsəvvür edək ki, bizim sistemimiz 2 min kilometr məsafədə dayanıb, Polşa ərazisində yerləşən raket əleyhinə sistemlər belə ona çata bilməz. Heç kəsin bu raketləri vurmaq şansı yoxdur”, - deyə Putin qeyd edib.
Rusiya lideri, həmçinin Qərbdə “Oreşnik”in imkanlarına şübhə edənləri duelə dəvət edib: “Qoy onlar (“Oreşnik”in gücünə şübhə edən Qərb ekspertləri – red.) bizə bir texnoloji eksperiment, XXI əsrin yüksəktexnoloji duelini keçirməyi təklif etsinlər. Qoy vurmaq üçün bir obyekt seçsinlər, məsələn Kiyevdə. Qoy özlərinin bütün hava hücumundan müdafiə və raket əleyhinə sistemlərini ora yönəltsinlər. Biz isə oraya “Oreşnik”lə zərbə endirək və baxaq nə olur. Biz belə bir eksperimentə hazırıq”.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar