Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya Prezidenti Vladimir Putin Əliyevə zəng etdi

Baxılıb: 687     Tarix: 24-12-2024 11:59   

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, Rusiya Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar