Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə Prezidenti Ərdoğan Əliyevə zəng etdi

Baxılıb: 931     Tarix: 24-12-2024 16:03   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.
Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
Söhbəti zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəlliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.
Dövlət başçıları ölkələrimiz arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking