Xəbər lenti
02/06/2025 [11:25]
Dərhal blok edin!
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləd

Baxılıb: 1 003     Tarix: 27-12-2024 11:27   

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" Qanunu təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb. Fərmana əsasən, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiqlənib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar