Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nazarbayevin Putinlə görüşünün səbəbini açıqladı

Baxılıb: 543     Tarix: 02-06-2025 11:47   

“Bir neçə gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında baş tutan görüş şəxsi xarakter daşıyıb”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidentinin Moskvaya səfəri şəxsi, qeyri-rəsmi xarakter daşıyıb.
A.Ukibay, həmçinin qeyd edib ki, Nazarbayevi Putinlə dövlət səlahiyyətlərinin olub-olmamasından asılı olmayaraq qorunub saxlanan çoxillik dostluq münasibətləri bağlayır.
Qeyd olunub ki, Nazarbayev İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr edilmiş tədbirə dəvət edilsə də, iştirak edə bilməyib və bu səbəbdən də Moskvaya daha sonradan səfər edib.
Xatırladaq ki, tərəflər arasında görüş mayın 29-da baş tutub.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar