Yasamalda oğru tutuldu
Baxılıb: 459 Tarix: 20-04-2018 13:05
DİN-in "102 Zəng Mərkəzi"nə Yasamal rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal Yasamal rayon polis idarəsi 29-cu polis şöbəsinin əməkdaşları X.Mustafayev küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Mənzildən aprelin 16-dan 18-dək olan müddətdə qızıl-zinət əşyaları, televizor və digər məişət avadanlıqlarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Həsənqulu Qurbanov olduğu müəyyən edilib.Televizor və digər məişət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən çox oxunanlar
Son xəbərlər