Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi

Baxılıb: 918     Tarix: 16-01-2025 14:58   

Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur “Baku Oksford Məktəbi”ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər. 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq məhkəmə onların ərizəsi ilə tanış olub, yekun qərarını açıqlayıb.
Hətta Mehriban Məmmədova ilə birgə onun bacıları da işə qoşulub. Onlar isə müsadirə edilmiş başqa əmlaklarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri ərizələrində hökmün maraqlarına toxunduğunu iddia ediblər. Şəxslər hər biri apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş ediblər.


Hakim Leyla Əsgərova-Məmmədova təqdim edilmiş əsaslarla tanış olduqdan sonra maraqlı şəxslərin hamısının müraciətini məqbul hesab edib. Qərar belə olub ki, Kamilə Əliyeva, Mehriban Məmmədova və digərlərinin apellyasiya şikayəti vermələrinə icazə verilsin.
Bundan sonrakı mərhələdə maraqlı şəxslər şikayətlərini apellyasiya baxışında mübahisələndirəcəklər.
Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsində məlum olub ki, həyat yoldaşı Mehriban Məmmədovanın rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib. R.Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. “Baku Oksford Məktəbi” də daxil olmaqla, Məmmədovun milyonlarla dəyəri olan bir çox əmlakı müsadirə edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2