Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İstanbulun Beşiktaş bələdiyyəsinin sədri həbs edildi

Baxılıb: 564     Tarix: 17-01-2025 12:17   

İstanbulun Beşiktaş bələdiyyəsinin bir neçə gün əvvəl saxlanılan sədri Rıza Akpolat həbs edilib. 
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulda cinayətkar təşkilatla bağlı aparılan araşdırma zamanı ümumilikdə 23 nəfər həbs edilib.
Onlar arasında sözügedən təşkilata sədrlik etdiyi iddia edilən Aziz İhsan Aktaş da var.
Xatırladaq ki, R.Akpolat İstanbulda bəzi bələdiyyələrdə sədrlərə və bələdiyyələrin rəhbər şəxslərinə rüşvət verərək tenderlər təşkil edən və bu tenderləri öz şirkətlərinin qazanmasını təmin edən dəstə ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı.
O, “cinayətkar təşkilata üzv olmaq”, “saxtalaşdırma” və “qeyri-qanuni yolla əmlak əldə etmək”də ittiham edilir.
Onu da bildirək ki, məsələ ilə bağlı ümumilikdə 47 nəfər barəsində saxlanılma qərarı verilmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar