Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyənin yeni səfirindən təyinatı ilə bağlı paylaşım

Baxılıb: 923     Tarix: 14-01-2025 12:47   

Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün təyinatı ilə bağlı paylaşım edib.
Qanunvehedef.az xəbər verir ki, B.Akgün “X” hesabında yazıb:
“Türkiyə Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmağımla bağlı Prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Birlikdə işləməkdən şərəf duyduğum xarici işlər naziri Hakan Fidana da dəstəyinə görə təşəkkür edirəm. Bu şərəfli vəzifənin icrası müddətində Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” anlayışı ilə əməkdaşlığı, qardaşlığı və ittifaqı bütün sahələrdə inkişaf etdirməyə davam edəcəyik”.
Xatırladaq ki, Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün Azərbaycana yeni səfir təyin edilməsi ötən ilin dekabrın əvvəlində məlum olmuşdu. Cari il yanvarın 11-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyinatı rəsmi olaraq təsdiqləyib.

Qanunvehedef.azшаблоны для dle 11.2