Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyə serialları niyə tərcümə olunur?

Baxılıb: 426     Tarix: 14-06-2022 11:32   

AzTV yeni mövsümdən Türkiyənin reytinqli seriallarından daha birini - “Quruluş: Osman”ı yayımlayacaq. Anonslar artıq TV-də və sosial şəbəkələrdə paylaşılıb. Lakin serialın dublyajla, Azərbaycan dilində yayımlanacağı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Onların fikrincə, Türkiyə türkcəsi Azərbaycanda kifayət qədər başa düşülür və dublyaja ehtiyac yoxdur.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.
Qurumun sözçüsü bildirib ki, AzTV ölkədə yayımlanan digər yerli kanallar kimi hər hansı serialı, hətta Türkiyə türkcəsində çəkilmiş filmi belə dövlət dili haqqında qanunun 6-cı maddəsinə əsasən dublyaj edir: “Ölkədə KİV haqqında, konkret olaraq audiovizual yayım haqqında qanun var və həmin qanunun da tələbi budur ki, bütün film və seriallar mütləq şəkildə Azərbaycan dilinin qanunlarına, norma və tələblərinə uyğun dublyaj olunub yayımlanmalıdır. İstənilən vətəndaş Audiovizual Şuranın rəsmi internet səhifəsinə daxil olub həmin qanunla tanış ola bilər. O ki qaldı dublyajın keyfiyyətinə, yalnız onu deyə bilərik ki, təxminən 1 ildən çoxdur AzTV-də yayımlanan və bu ay başa çatacaq “Diriliş: Ərtoğrul” serialı Azərbaycanda həmin saatda yerli kanallarda yayımlanan film və seriallarla müqayisədə ən çox reytinq (10-11%) toplayır. Deməli, keyfiyyətli iş istənilən halda tamaşaçı rəğbəti qazanır. Hazırda “Quruluş: Osman” serialının anonsları təqdim olunur və serial yeni mövsümdən tamaşaçıların görüşünə gələcək. İnanırıq ki, bu serial da böyük tamaşaçı rəğbəti qazanacaq”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar