Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Süni mayalanma xərçəng yaradır? - Həkimdən AÇIQLAMA-ÖZƏL

Baxılıb: 237     Tarix: 04-04-2022 13:09   

Son zamanlar süni mayalanma etdirənlərin sayı çoxalır. Bəziləri bildirirlər ki, süni mayalanma olunan xanımlar xəstəliklərə yoluxurlar. Beyin şişi, xərçəng riskinin olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs doğurdanmı süni mayalanma etdirən şəxslərdə beyin şişi yaranır?
Məsələ ilə bağlı Sonxeber.az-a ginekoloq Rəşad Sultan açıqlama verib.
O bildirib ki, süni mayalanma prosesinin özü ziyanlı ola bilər, lakin sonraki müddətdə ziyansızdır:
"Mayalanma müddətində bəzi risklər var. Birincisi odur ki, yumurta yetişdirmək üçün verdiyimiz dərmanlar bəzən gözlənildiyindən daha artıq reaksiya verir, daha çox yumurta yetişir, stimulyasiya adlandırdığımız bir ağırlaşma baş verir, yumurtalıqlar böyüyür, qarına su yığılır.
Çox nadir hallarda bu, ölümlə də nəticələnə bilir.
Süni mayalanmada yumurtalar bir müdaxilə ilə toplanır. İynə uşaqlıq yolundan olsa da, qarın boşluğuna girir, yumurtalıqlara daxil edilir. Elə hallarda orqan zədələnməsi mümükündür. Sidik kisəsi və damarların zədələnməsi, daxili qanaxma və infeksiya riski də var.
Ona görə də, hər əməliyyatda olduğu kimi, risklər, az da olsa, bu müdaxilələrdə var.
Prosesdən sonrakı risklərə gəlincə, süni mayalanmada, stimulyasiya və yumurtalıqlarda yumurta yetişdirmək üçün istifadə etdiyimiz dərmanlar 9-12-ci aylarda və daha çox istifadə olunanda, az miqdarda da olsa, yumurtalıq xərçəngi riskinə dair mübahisəli iddialar var. Sırf süni mayalanmada həmin dərmanlardan 1, 2 maksimum 3 dəfə istifadə edirik. Lakin süni mayalanmaya qədər çox istifadə olunmuş ola bilər.
Bunları nəzərə alaraq, əgər söhbət yumurtalıq xərçəngindən gedirsə, süni mayalanma yox, yumurta yetişdirmə prosesinin risklərindən danışmaq olar.
Bəziləri deyirlər ki, guya yumurtalıqda yumurta yetişdirmək yumurtalığı tükədir. Məntiqli səslənsə də, belə bir təsiri göstərilməyib və sübut olunmayıb.
Beyin şişi, yumurtalıq xərçəngi və ya digər xəstəlikləri barədə isə hərə bir söz deyir. Bu prosesin beyinə nə dəxli var?!"

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar