Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Puqaçovaya hər ay Rusiyadan bu qədər pul gəlir

Baxılıb: 830     Tarix: 15-10-2025 14:23   

Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən müğənni Alla Puqaçova hələ də öz ölkəsində pul qazanmağa davam edir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın “Shot” teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, sənətçi Rusiyada Xalq artisti adı və aldığı dövlət mükafatları da daxil olmaqla aylıq 105 min rubl (təxminən 2200 AZN) təqaüd alır. Bildirilir ki, Puqaçova pulu bank hesablarına qoyur. Ümumilikdə hesablarına köçən illik ödənişlər 1,2 milyon rubldan (təxminən 25 min AZN) çoxdur.
Qeyd olunur ki, müğənninin pensiyası hesablarında toplanır, ondan sonra onu xaricə köçürür.
Daha əvvəl isə Alla Puqaçovanın yaşa görə 60 min rubldan çox pensiya aldığı bildirilirdi. Müğənninin kartı vergi, kirayəhaqqı və digər məişət xərclərini ödəmək üçün istifadə olunur.
Qeyd edək ki, müğənni 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib. Daha sonra bütün ailə İsraildə məskunlaşıb. Lakin orada münaqişə başlayandan sonra onlar yaşamaq üçün Kiprə köçüblər. Hazırda ailənin London və Yurmalada mülklərinin olduğu, orada yaşadıqları bildirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}