Xəbər lenti
20/10/2025 [11:10]
Mərakeşdən tarixi uğur
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-də vitse-prezidentin kortejinə mərmi qəlpəsi dəydi - Foto

Baxılıb: 463     Tarix: 20-10-2025 10:46   

Kaliforniyada dəniz piyadalarının təlimi zamanı mərmi partlayıb.
Qanunvehedef.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin kortejinin mühafizəçisi yaralanıb.
Belə ki, Kemp-Pendlton hərbi bazasında dəniz piyadalarının 250 illiyi münasibətilə keçirilən atışlar zamanı “M777” haubitsa topundan atılan 155 millimetrlik mərmilərdən biri Los-Anceles-San-Dieqo magistral yolunun üzərində vaxtından əvvəl partlayıb.
Qəlpələr vitse-prezidentin mühafizə kortejindəki motosikleti və yol patrul avtomobilini zədələyib.
“İşlək avtomobil yollarının üzərindən döyüş atışlarının həyata keçirilməsi son dərəcə nadir hallarda rast gəlinir”, - yol patrul rəisi Toni Koronado bildirib.
Baş verənləri şəxsən izləyən Vens bu nümayişin “korpusun gücünün və məğlubedilməz ruhunun sübutu” olduğunu söyləyib.
Demokratlar Partiyasının nümayəndələri isə hadisəni tənqid ediblər. Kaliforniya qubernatoru Qevin Nyusom atışları “gücün absurd nümayişi” adlandırıb.
“Donald Tramp və Ceyms Devid Vens şou naminə insanların həyatını riskə atır”, - o, “X” hesabında yazıb.
Qeyd edək ki, tədbirdən əvvəl yolun bir hissəsinin müvəqqəti olaraq bağlanması sürücülərin narazılığına səbəb olmuşdu. Təlimlər zamanı artilleriya atəşləri, paraşütçülərin nümunəvi tullanışları, “F-35” qırıcılarının uçuşu və “dəniz pişikləri” bölmələrinin sahilə çıxması nümayiş etdirilib.



Qanunvehedef.azшаблоны для dle 11.2