Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə hərbçilərini Qəzzaya göndərməyə hazırdır

Baxılıb: 804     Tarix: 16-10-2025 12:31   

“Türkiyə Silahlı Qüvvələri Qəzzada çoxmillətli əməliyyat qrupunun missiyasında iştirak etməyə hazırdır”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra deyib.
“Biz həmkarlarımıza Türkiyə Silahlı Qüvvələrinin Qəzzada yaradılacaq çoxmillətli əməliyyat qrupunda iştirak etməyə hazır olduğunu bildirmişik”, - türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, “Politico” bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətində olduğunu yazıb. Sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələrin isə Azərbaycan, İndoneziya və Pakistan olduğu bildirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar