Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şahruddin bu göstəricilərə görə fərqləndi

Baxılıb: 815     Tarix: 16-10-2025 13:19   

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar siyahısına düşüb.
Qanunvehedef.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, meydana çıxdığı 4 görüşdə 19 dəfə komandamızı qoldan xilas edib.
Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşdürür.
İlk pilləni 34 seyvlə San-Marinonun qapıçısı Edoardo Kolombo turur. İkinci yerdə Lixtenşteyndən Benyamin Bühel (30 seyv), üçüncü yerdə Andorradan İker Alvares (26 seyv) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar