Xəbər lenti
20/10/2025 [11:10]
Mərakeşdən tarixi uğur
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Premyer Liqada mövsümün rekordu qeydə alındı

Baxılıb: 785     Tarix: 20-10-2025 13:22   

Misli Premyer Liqasının 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub. Keçirilən 6 qarşılaşmada 24 qol vurulub.
Qanunvehedef.az xəbər verir ki, “Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.
Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.
Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/22 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.
Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutub.

Qanunvehedef.azшаблоны для dle 11.2