Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Körpəyə yuxu dərmanı verən valideynlərə XƏBƏRDARLIQ: Bunu etsəniz...

Baxılıb: 319     Tarix: 07-04-2022 14:17   

Bir çox azyaşlı uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir.Təbii ki, uşaqların gecələr oyaq qalması valideynlər üçün də xüsusi çətinliklər yaradır.
Bəs görəsən, niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbi nədir? Bu cür hallarda dərman preparatlarının qəbulu düzgündürmü?
Mövzu ilə bağlı "Sonxeber.az"ın suallarını pediatr Qoşqar İsmayılov cavablandırıb.
O bildirib ki, uşaqlar arasında yuxu problemi daha da artıb, valideynlər isə çıxış yolunu yuxu dərmanlarından istifadə etməkdə görürlər:
"Təbii ki, bu proses həkim nəzarəti altında həyata keçirilməlidir. Valideynin özbaşına aptekdən dərman almasının əleyhinəyəm. Aptekdə isə bəzən qeyri-peşəkarlıqdan yuxu dərmanı belə deyil, antihistaminik dediyimiz alergiya əleyhinə, yan təsiri yuxugətirici xüsusiyyəti olan dərmanlar verirlər. Düzdür, müəyyən qədər kömək olur, amma bunun yan təsirləri və əks göstəriciləri var. Yaxşı olar ki, uşaqda yuxu problemi varsa, valideynlər mütləq şəkildə həkimə müraciət etsinlər."
Bəs yuxu problemi nə ilə bağlıdır?

Həkim bildirib ki, ilk öncə yuxu probleminin səbəbi araşdırılmalıdır:
"Əgər problem sinir mənşəlidirsə, deməli, beyni qidalandıran bir qrup vitaminlər çatmır. Ola bilsin ki, melatonin sintezinin pozuntusudur.
Yuxu bir bioloji ritmlə çalışır. Uşaq, vaxtında yatmayanda, vaxtında oyanmayanda bioloji ritm və melatonin sintezi pozulur. Qanda melatonin hormonunun ifrazı azaldıqda isə yuxusuzluq başlayır. Belə olan hallarda həkim mütləq şəkildə həm fiziki, həm də laborator müayinələr etməlidir.
Nəticə olaraq, həkim diaqnozu təstiqlədikdən sonra müəyyən yuxugətirici dərmanlar istifadə eləmək olar. Bəzən isə valideyni düzgün istiqamətləndirməklə yuxu rejimini normallaşdırmaq olar".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar