Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Həkimim" rubrikasının bu dəfəki qonağı Dentalux Stomatoloji Klinikanın həkim – stomatoloqu Dilarə Abduləzimovadır.

Baxılıb: 2 195     Tarix: 18-07-2018 12:25   


Son illər texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdən biri də tibbdir. Ancaq bu qədər ağlasığımaz inkişaf tempinə baxmayaraq, yenə də bir çox xəstəliklərin kütləvi şəkildə yayılmasının qarşısını almaq mümkün olmur. Əsas da diş xəstəliklərinin. Stomatologiya bu gün Azərbaycanda çox yüksək səviyyədə inkişaf edib. Azərbaycanda peşəkar stomatoloqların, yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisələrinin, stomatoloji klinikaların sayının artması da bu inkişafın göstəricisidir. Lakin bütün bunların qarşılığında diş xəstəlikləri çoxalır.
Müasir stomatologiya ilə bağlı bizi və cəmiyyəti maraqlandıran suallara cavab tapmaqüçün "Həkimim" rubrikasının bu dəfəki qonağı Dentalux Stomatoloji klinikanın həkim –stomatoloqu Dilarə Abduləzimovadır. Dilarə həkimlə müsahibəni təqdim edirik:

Azərbaycanda uşaqların 20-30 faizində diş qapanışında problemlər var. 18 yaşdan 30 yaşa qədər olan insanların isə 60 faizində problemləri mövcuddur: “Valideynlər uşaqlarda olan diş, qapanma problemləriilə bağlı diqqətli olmalıdırlar. 6 yaşdan 12 yaşa qədər daimi dişlərin çıxması prosesi davam edir. 6 yaşda stomatoloqa qapanma problemi ilə əlaqədar müraciət edilməlidir. Çünki valideynlər peşəkar olmadıqları üçün problemin olub-olmadığını özləri bilə bilmirlər. Dişlərdə qapanma qüsurları, əyrilik varsa, ən asanmüalicə dövrü 10-15 yaş arası dövrdür. Amma bu dövrdə müalicə olunmayıbsa, 18-19 yaşlarda damüalicə olunması, qüsurların aradan qaldırılması mümkündür. Azərbaycanda bu gün hətta 40-50 yaşlarda belə bu qüsurların müalicəsi aparılır. Əgər yuxarı yaşlı insanlarda belə qüsurlar varsa, utanıb,çəkinmələrinə ehtiyac yoxdur, bilsinlər ki, bu yaşlarda da problemə son qoymaq olar”.

Estetik stomatologiyada geniş istifadə olunan vinirlər barədə danışan Dilarə Abduləzimova deyib ki,vinirləmə zamanı dişlər ya heç yonulmur, ya da çox az yonulur: “Vinir xüsusi keramikadan xüsusi avadanlıqla hazırlanan materialdır və xüsusi sementlə dişə yapışdırılır. Estetik qüsurlar, ləkələr, çatlar olanda vinirlərdən istifadə olunur.

Dişin forması, rəngi asanlıqla bir neçə günə bərpa olunur. İki-üç prosedura ilə problemi aradan qaldırmaq mümkündür. Vinirli dişlərin təbii dişlərdən heç bir fərqi olmur, dişlər daha gözəl görünür. Vinir taxılan dişlərin gigiyenasına xüsusi diqqət yetirmək lazımdır. Vinirli dişlərə qulluq yüksək səviyyədə qulluq olunmalıdır”.

Dilarə həkim -bu gün diş xəstəlikləri də kəskin şəkildə artıb, bu, nə ilə bağlıdır?




- Bu, insanların özlərinə laqeyd yanaşmasından irəli gəlir. Çünki diş və damaq xəstəliyi olan insanlar vaxtlı-vaxtında həkimə müraciət etmirlər, o zaman həkimə müraciət edirlər ki, artıq dişlərdən əsər-əlamət qalmır. Amma insanlar düşünməlidirlər ki, dişləri qoruyub saxlamaq bütövlükdə orqanizmin sağlamlığını qorumaq deməkdir. Çünki çox vaxt mikrob vəxəstəliklər xəstə dişlərdən digər orqanlara keçir. Doğrudur ki, indi Azərbaycanda diş xəstəlikləri əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

- Sizcə, buna səbəb nədir?-

 İnsanların fiziki cəhətdən ilk sağlamlığı dişlərdən, yedikləri qidanın həzmindən başlayır.Təəssüflər olsun ki, insanlar dişlərinin sağlamlığına fikir vermirlər. Dişlər ən çox kariyes vədiş əti xəstəliyinə məruz qalırlar. Belə xəstələr müntəzəm olaraq həkimə müraciət etməli vəmüalicə olunmalıdırlar. Təəssüf ki, bu məsələdə həkimlərin də müəyyən mənada günahı var.Bəzən stomatoloqlar kökü sağlam olan çürümüş dişləri çıxardıb atmağa daha çox üstünlük verir. Elə xəstələr də ağrıyan dişlərini çıxarmaqla canlarını qurtarırlar. Əslində isə belə olmamalıdır, dişlər çürüyübsə belə kökü sağlamdırsa, müalicə olunmalıdır.

- Dişə düzgün qulluq üsulları nələrdir?

Bəzi həkimlər deyir yeməkdən sonra dərhal dişləri fırçalamaq lazımdır, bəziləri də deyir əksinə diş fırçalamaq o qədər də vacib deyil

Ümumiyyətlə, gün ərzində dişlər neçə dəfə fırçalanmalıdır?

- Dişlərinin vaxtından əvvəl sıradan çıxmasını, çürüməsini, ağrımasını istəməyən insan hər 3 aydan bir stomatoloqa müraciət etməlidir. Stomatoloq xəstənin ağız boşluğunu müayinə edib,hazırda mövcud olan və gələcəkdə yaranacaq, hər hansı formada patoloji hala çevrilə biləcək vəziyyətin qarşısını almaq məqsədilə tədbirlər görməlidir. Dişlərin təmizlənməsi, daha doğrusu doğru formada təmizlənməsi də stomatoloq tövsiyələrinə daxildir. Həkimlər məsləhət görür ki,dişlər gün ərzində 2 dəfə təmizlənməlidir. Bu xüsusilə yeməkdən 1 saat sonra icra olunmalıdır.Amma son 10 gündə amerikalı stomatoloqlar müəyyən ediblər ki, turşuluğu çox olan qidaların qəbulundan həmən sonra dişlər fırçalandıqda mina qatı yumuşalır. Bu isə dişlərin vaxtından tezməhv olmasına gətirib çıxarır. Ona görə də, dünya stomatoloqları tövsiyyə edirlər ki, yeməkdənən azı 2 saat sonra dişlər fırçalanmalıdır. Xəstələrin çoxu istini-soyuğu qarışdırır ki, bu dadişlərin ən böyük düşmənidir. İsti çay, qida üstündən dərhal soyuq su ilə ağız boşluğunun yaxalanması mina qatlarını partladır.

- Fırça seçərkən nəyə diqqət etmək lazımdır?

 Diş saplarından, diş çöplərindən istifadə zərərli deyil ki?

Hansı aralıqda fırçalar dəyişdirilməlidir?



- Diş fırçaları fərdi olaraq hər kəsin diş ətinə uyğun həkim məsləhəti ilə seçilməlidir. Diş əti fərqliliyinə görə, yumşaq, orta və sərt fırçalar seçilə bilər. Ağızda diş daşı çoxdursa və yumşaq fırçadan istifadə edəriksə, bunun heç bir faydası olmaz. Diş təmizlənməz və dişin üzərində zamanla toplanan ərp dişlərin kontakt hissəsinə yığılar və rənglənmə əmələ gətirər. Bu da dişəti çəkilmələrinə səbəb olar. Bu gün insanlar əksər hallarda sintetik fırçalardan istifadə edirlər.Belə fırçalar isə öz keyfiyyətini tez itirir. Dişləri yuduqdan sonra diş fırçaları da yaxşı təmizlənməli və xüsusi qablarda saxlanmalıdır. Açıq şəraitdə qalan fırçaların üzərinə çox saylı mikroblar toplanır ki, bu da ciddi problemlər yaşada bilər. Hər 2 aydan bir diş fırçaları dəyişdirilsə, yaxşı olar. Diş çöpləri və diş saplarından istifadəyə qaldıqda isə bu məsələdə də ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə damağın yumşaq toxumaları zədələnə bilər. Əsasən ağız boşluğunda diş fırçasının daxil ola bilmədiyi yerləri təmizləmək üçün istifadə edilir. Bəzən dişsapları diş ətinə sürtülür və cızıqlar əmələ gətirir. Daha sonra isə qida qalıqları burada müəyyən problemlər yarada bilir. Eləcə də diş çöplərindən kobud istifadə diş əti toxumalarını zədələyir.

-Ağız boşluğunda ən çox yayılan xəstəliklərdən biri sayılan kariyes necə əmələ gəlir?


- Kariyes əsasən ağız boşluğunda bəlli bölgələrin yaxşı təmizlənməməsi nəticəsində əmələ gəlir.Buna da əsasən diş araları aiddir. Arxa dişlərdə isə çox vaxt dişlərin üzərindəki çökəkliklərdə qida qalıqlarının qalması nəticəsində kariyes əmələ gəlir.Bu cür problemlərin qarşısının alınması üçün ağız boşluğunun gigiyenasına ciddi diqqət yetirilməlidir. Əgər kariyes artıq əmələ gəlibsə, onda mütləq stomatoloqa müraciət etmək lazımdır.

Sonradan bu xəstəliyin pulpit, periodontit kimi fəsadlarından necə qorunmaq olar?

Kariyesin pulpit, periodontit kimi fəsad hallarına keçməsinə çox vaxt lazımdır. Bunun üçün kariyes inkişaf edib, sinir toxumasına çatmalıdır. Sinir zədələnəndən sonra dişin tərkibində iltihabi proses başlayır. Belə halları önləmək, kariyesin ilkin mərhələsində müalicə edə bilmək üçün hər 6 aydan bir həkim stomatoloqun müayinəsindən keçmək lazımdır.-Bəzən dişin xarici görünüşündə heç bir dəyişiklik müşahidə olunmur. Amma diş isti, soyuq, turşkimi amillərə reaksiya verir.

-Bəs ağızdan pis qoxunun gəlməsi dişlərdə hansısa problemdən xəbər verir?

-Ağızdan pis qoxunun gəlməsinin yenə başlıca səbəbi kariyesdir. Kariyes yarandıqda, dişin sərt toxumaları boşalır və yemək qırıntıları orada qaldığına görə, pis iy gəlir. Bəzi hallarda belə qoxu damaqdan da gələ bilər.
-Çox vaxt diş fırçalayarkən diş ətinin qanamasına əhəmiyyət vermirik. Bu, sonradan hansısa problemlər yarada bilərmi?-Qanama varsa bu gələcəkdə sümükdə rezobrsiyaya, dişin çıxarılmasına səbəb ola bilər.Qanamanın digər səbəbi isə diş fırçalarının düzgün seçilməməsidir. Bu da diş ətinin şişməsinə gətirib çıxarır ki, bir müddət sonra dişin kökü üzə çıxır.

-Plombların daha uzun ömrlü olması üçün onların hazırlandığı materialın fərqi varmı?


Əlbəttə var. Plombların hazırlandığı material qədər, onun ağız boşluğuna yerləşdirilməsi də əhəmiyyəti kəsb edir. Bu zaman düzgün antiseptik qaydalarına riayət olunmalıdır ki, plombla dişətinin arasına hər hansı bir maye daxil olmasın. Buna da xüsusi izolyasiya üsulları ilə nail oluna bilər.
Digər tərəfdən, material da düzgün seçilməlidir. Bizim klinikada daha çox xaricdən gələn keyfiyyətli, bahalı plomblara üstünlük verilir.

– Uşaqlarda çox zaman dişlərin üst-üstə çıxması və ya əyilməsi müşahidə olunur. Bunun səbəbi nədir?

– Uşaqlarda çox zaman dişlərin üst-üstə çıxması və ya əyilməsi müşahidə olunur. Bunun səbəbi nədir?– Dişlərin əyilməsinin müxtəlif səbəbləri var. Burada irsi və sonradan qazanılmış səbəblər rol oynayır. Diş əyilməsi uşağın bəzi vərdişlərindən qaynaqlana bilir. Belə ki, uşaq barmağını əmirsə, əmzikdən uzun müddət istifadə edirsə, daim bir tərəfi üstə yatırsa, burunda artıq ət olduğundan ağızdan nəfəs alırsa, bütün bunlar uşağın alt-üst çənəsində əyilmələrə gətirib çıxarır. Buna görə də 5 yaşına qədər uşaq sadaladığımız vərdişlərdən uzaqlaşdırılmalıdır.Əgər çənə sümüyündə əyrilik yaranıbsa, bu 12 yaşına qədər düzəldilməlidir. Çünki buyaşdan sonra artıq sümük tam formalaşır və çənə sümüyündə dəyişiklik etmək mümkün olmur. Lakin əyrilik təkcə dişlərdədirsə, breket taxılmaqla bu problem aradan qaldırılır.


 


Breketlər haqqında nə deyə bilərsiniz?
əvvəl
 


 




  


sonura




 
 
Hər breket fərdi hazırlanır, dəqiq konfiqurasiyaya və məqsədə – dişlərə xüsusi hərəkət istiqaməti verməyə xidmət edir. Breketə xüsusi ortodont qövsü birləşdirilir ki, bu da hər əyilmədə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Qövslərə yardım olaraq fırça qıfıllar, metallik və elastik zəncirlər istifadə oluna bilər.Hazırda liqaturasız və liqaturalı breketlər tətbiq olunur. Liqaturasız breketlərdə liqaturalar xüsusi fiksəedici elementlərlə əvəz olunur.Breketlər necə olur:
Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür:
-Metallik breketlər tibbi poladdan hazırlanır, estetik breketlər müxtəlif materiallardan hazırlanır ki, bunlardan məqsəd düzgün dişləmi təmin etmək, insanın xarici diskomfortunu aradan qaldırmaqdır. Əgər adamda metala qarşı allegiya varsa hipoallergik və ya qızıl suyuna cəkilmiş breketlərdən istifadə olunur.
-Estetik breketlər – keramik, elastik və ya sapfir breketlər istifadə olunur.Qövslərin birləşmə üsuluna görə aşağıdakı növləri var:-Liqaturalı – bu zaman qövsə breket xüsusi liqatura ilə birləşir ki, bu da elastik (rezin) material və ya metaldan(xüsusi məftil) hazırlanır.
-Liqaturasız və ya özüliqaturalı breketlərdir ki, bunlar da xüsusi qıfıl vasitəsilə fiksə olunur.Bərkidilmə yerinə görə breketlər bölünür:
-Xarici və ya vestibulyar – əksər hallarda dişin xarici səthinə fiksə olunur.
-Daxili və ya linqval öz gülüşündə estetik görünüş istəyənlər üçün istifadə olunur. Belə breketlər pasiyentlərə daha baha başa gəlir.Yadda saxlamaq lazımdır ki, breket- sistem savadlı həkim-ortodont tərəfindən xəstənin maliyyə vəziyyəti, diş sırasının xüsusiyyəti nəzərə alınaraq tətbiq olunur. Breket-sistemi tətbiq etməmişdən qabaq karies dişlər müalicə olunmalı, peşəkarcasına təmizlənməlidir.

– Breketlər hansı yaşa qədər taxılmalıdır?

– 12 yaşa qədər breket taxılması məsləhət deyil. Çünki diş kökləri bu yaşdan sonra tamformalaşır. Maksimum yaş həddi isə yoxdur.

– Breket çıxarıldıqdan sonra düzələn dişlər yenidən deformasiya ola bilərmi?

– Bəli. Əgər pasiyent tələb olunan prosesləri yerinə yetirməzsə, dişlər yenidən formasını itirə bilər. Dişlərin stabil qalması üçün həkim müəyyən izahatlar verir. Xəstə bunlara əməl etməzsə, dişlərdə yenidən əyilmələr baş verə bilər.

– Breket dişlərdə çürük yarada bilərmi?

– Xeyr. Breket özü dişlərdə çürük yaratmaz. Lakin pasiyent breket taxdığı halda dişlərə qulluq etmirsə, bu zaman çürük yarana bilir. Qida qalıqları breketin altına yığılır və tellər çıxarıldıqdan sonra breketin formasında kariyesli zona əmələ gəlir.

Həkimlə əlaqə (+994) 50 341-38-39(+994) 55 308-39-42шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar