Xəbər lenti
14/10/2025 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dura Sessa: "Hakimlərin qərarlarının təfsiratı müstəqil şəkildə həyata keçirilməlidir"

Baxılıb: 606     Tarix: 14-10-2025 10:45   

Assosiasiya prezidenti: Qanunverici və icra hakimiyyətləri məhkəmənin işinə müdaxilə etməməlidir
Qanunverici və icra hakimiyyətləri məhkəmənin işinə müdaxilə etməməlidir.
Qanunvehedef.az xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) prezidenti Duro Sessa Bakıda "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
O qeyd edib ki, hakimlərin qərarı bu və ya digər təsirə məruz qala bilməz:
"Avropa İnsan Hüquqları Məhkəməsi bəzən bir sıra "yumşaq" hüquqi normativ aktlara istinad edir. Əgər hakimlərin müstəqilliyi azadlığın qarantiyası kimi görünürsə, bu, məhkəmə hakimiyyətini çəkindirməməlidir. Hakimin qərarı bu və ya digər təsirə məruz qala bilməz. Hətta hakimlərin qərarlarının təfsiratı müstəqil şəkildə həyata keçirilməlidir.
Avropa Hakimlərinin Məşvərət Şurası 2015-ci ildə məhkəmə hakimiyyətinin vətəndaşlar və digər dövləq qolları qarşısında vəzifəsini qeyd etmişdi. Bu, ən vacib rəylərdən biri idi. Hakimlərin məhz digər hakimiyyət qollarına və cəmiyyətə öz addımlarının qanunvericiliyə əsaslandığını göstərməkdən başqa məsuliyyəti yoxdur. Qanunverici və icra hakimiyyətləri məhkəmə qarşısında bərabər mövqedə olmalı və məhkəmənin işinə müdaxilə etməməlidirlər

Qanunvehedef.az шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar