Tanınmış şair-publisist Yusif Nəğməkarın 70-illik yubileyinə həsir olunur
Baxılıb: 830 Tarix: 13-10-2025 15:22

Söz adamı
Bir şair dostum var, Vətən ünvanlı,
O sənət yolunda canından keçir.
Qələmi butalı, əsəri canlı,
Sözə söz calayır, incilər seçir.
O söz adamıdı, sözün güzgüsü,
Qədim Beyləqanın iftixarıdı.
İlham mənbəyidi Vətən sevgisi,
Peyğəmbər yurdunun yadigarıdı.
O, Yunus Əmrətək Turan aşiqi,
"Sazın işığı"nda nəğmələr yazdı.
O dağlar qartalı aran aşiqi,
"Altmışıncı yuxu"nu xeyirə yozdu.
Onun əsəridi "Sevgim mələklər",
"Bəsirət gözəli", "Vəslin edamı".
O, "Qələm səsi"ylə tutdu diləklər,
O "Haqqın qurbanı" Haqqın adamı.
"Çırpdı söz qanadın" söz üfüqünə,
"Taleh köhləni"ni çapdı yurd boyu.
Üzdü göy Xəzərin düz üfüqünə,
Keçdi sinəsindən Arazın suyu.
Əsərlər yaratdı sözün memarı,
O görkəmli şair, ustad sənətkar.
Xalqın sevimlisi, ellərin yarı,
Qəlbləri oxşayan Yusif Nəğməkar.
Rövşən Qarabudaq
10.10.2025-ci il
Paylaşdı: Qəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər