Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Diz oynağının artrozu – qığırdaq toxumasının strukturunun zədələndiyi distrofik xəstəlikdir. Ortoped-travmatoloqla müsahibə

Baxılıb: 4 093     Tarix: 18-07-2018 17:55   
Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az ad amolar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki, söhbət HB Güven klinikasının baş həkimi, Tibb Üzrə Fəlsəfə Elmləri Doktoru , SİCOT (Dünya Ortopediya və Travmatologiya Cəmiyyəti) , TOTBİD(Türk Ortoped və Travmatologiya Cəmiyyəti) və AZTOA(Azərbaycan Travmatologiya və Orotpediya Assosiasiyası) cəmiyyətlərinin fəal üzvü istedadlı olduğu qədərdə sadə insan olan Dr. Rəşad Zeynalovla müsahibəni sizə təqdim edirik.Həkimlə Diz oynağının artrozu, Qonartrozun növləri, əlamətləri və müalicəsi haqda danışacayıq.Diz oynağının artrozu – qığırdaq toxumasının strukturunun zədələndiyi distrofik xəstəlikdir. Bunun səbəbi qığırdağın oynaq səthlərinin qidalanmasının pozulması, qığırdağın tədricən nazikləşib deformasiyaya uğramasıdır. Xəstəliyin müalicəsi distrofiyanın  səbəblərinin aradan qaldırılmasına və qığırdaq toxumasının qidalanmasının bərpasına yönəlmişdir.
 

Qığırdaq toxuması diz oynağına daxil olan sümük sonluqlarını (oma, qaval və diz qapağını) örtür.
Qığırdaqlar oynaq səthlərini formalaşdırır, sümüklərə sürtünmədən və ağrıya səbəb olmadan hərəkətlər etməyə kömək edir.
 Çünki onların qan damarları və sinir sonluqları yoxdur.

 Bəs damar yoxdursa, ond aqidalanma haradandır?

Qığırdaq el arasında “sürtgü” adlandırılan sinovial maye ilə qidalanır. Bu qidalandırıcı maddə kolloid xüsusiyyətlərinə malikdir və daha yaxşı sürüşməni təmin edir. Bu mayeni oynağın sinovial qişası özqanından istehsal edir. Diz nahiyəsində qan təchizatı nə qədər yaxşı olarsa, qığırdağın qidalanması da oqədər çox olacaq.Qığırdağı sıxılma zamanı sinovial maye verən, düzlənəndə isə qidalandırıcı maddələrin yeni porsiyasını özünə çəkən süngər şəklində təsəvvür etmək olar. Qığırdağın qidalanması məhz hərəkət zamanı baş verir. Trofika pozulduqda qığırdaq normal bərpa oluna bilmir, nazikləşməyə və zədələnməyə başlayır.Diz oynağının artrozuna qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir.

Qonartrozun növləri varmı?

Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar.
Birincili artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması , həyat tərzi, genetik faktorlar, yaş səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur.
İkincili artrozda isə artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər (diz oynağı vərəmi, irinli artriti), diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar , birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.), anadan gəlmə inkişaf qüsurları göstərmək olar. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir.

Artrozun əsas əlamətləri nədir?


- Oynaqda ağrı. Ağrı, adətən, fiziki gərginlik zamanı (gəzinti, pillələrlə qalxıb-enərkən, oturaq vəziyyətdən qalxdıqda, qaçış, idman hərəkətləri) yaranır və sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir.
- Oynaqdaxili xırıltı. Qeyd etmək lazımdır ki, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq buzaman onlarda ağrı olmur.
- Oynaqda hərəkətliliyin azalması. Xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi, adətən,zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.
- Oynağın deformasiyası. Bu deformasiya əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır.

Artrozun inkişaf etməsinin risk faktorları hansılardır?

 Artroz bir çox səbəblər nəticəsində unkişaf edə bilər. Ancaq əksər hallarda onların əmələ gəlməsi bir neçə əsas faktordan asılı olur. Bunlara şağıdakılardır:
- Yaş faktoru. Yaş artdıqca qığırdağın elastikliyi azalır ki, bu da onun müxtəlif zədələnmələrə qarşı olan davamlılığını-dözümlülüyünü azaldır.
- Oynaqda baş verən travma və mukrotravmalar. Hətta oynaqda baş verən 1travma da (məsələn, burxulma, bağların qırılması, sümük sınıqları və s.) artrozun əmələ gəlməsinə səbəb ola bilər. Ancaq travmaların təkrarlanması, tez-tez başverən mikrotravmalar (məsələn, peşəkər idmançılarda və rəqqaslarda və s.)oynaqlar üçün xüsusilə zərərli hesab olunur.

-Bu xəstəlik ən çox hansı yaş kateqoriyasını əhatə edir?

-Artroz xəstəliyinə ən çox yaşlı insanlarda rast gəlinir. Ancaq xəstəlik getdikcə cavanlaşır. İndi bəzən35-40 yaşlı insanlarda da bu xəstəliyə rast gəlmək olur. Yeni doğulmuş körpələrdə anadangəlmə çıxıqlar olur. İnkişaf etmiş ölkələrdə normalda hər doğulan körpə ortopedik və travmatoloq tərəfindən müayinə olunur. Əgər belə bir problem varsa, çox sadə üsullarla körpənin oynağı yerinə qoyulur və hər hansı bir anatomik pozğunluq meydana gəlmir. Amma bizim insanlarda belə bir düşüncə var ki, vəziyyət gərginləşdikdən sora ortoped-travmatoloqa müraciət olunur. Oynağın gec yerinə qoyulması da artroza səbəb ola bilir. Uzunmüddətli oynaq çıxıqlarında oynaqda gedən dəyişiklərdən dolayı hərəkət məhdudluğu və yerində olmaması səbəbylə oynaqlara problem yarana bilir.

Müalicə metodları hansılardır?

Qeyri-steroid iltihab əleyhinə dərman preparatları (indometasin, piroksikam, ketoprofen, brufen,diklofenak, ibuprofen və s.) Bu metod oynağın reaktiv iltihab mərhələsində göstərişdir. Preparatlar güclü iltihab əleyhinə xüsusiyyətlərinə görə ağrını, şişkinliyi və iltihabın özünü çox yaxşı aradan götürür. Lakin uzun müddət onların istifadəsi zamanı bu qrup preparatlar oynaq qığırdağının təbii yolla bərpasının qarşısını alır və müxtəlif əlavə təsirləri digər orqanlara təsir edir ( mədə-bağırsaq sistemi və s.) Onu da qeyd etmək lazımdır ki, eyni vaxtda bir neçə iltihab əleyhinə preparatdan istifadə etmək qətiyyən olmaz,əgər preparat artıq effekt vermirsə həkim təyinatı ilə ya dozanı qaldırmaq, ya da digər preparatla əvəzetmək lazımdır.
 
Qığırdağın bərpa olunmasını təmin edən preparatlar
xondroprotektorlar (Qlükozamin,Xondroitin sulfat) Qıgırdagın bərpasının təmin etməməklə birlikdə artroz agrılarının azaldıgı elmi məqalələrdə göstərilmişdir.
Artrozun müalicəsində ən effektiv və xeyirli preparatlardır. Qığırdağın strukturunu bərpa edir, onu lazım olan elementlərlə təmin edir. Xondroprotektorların requlyar olaraq istifadə olunması artrozun inkişafını saxlaya bilər. Əks göstərişləri hamiləlik, preparata qarşı reaksiya və oynaqların iltihabıdır.

Yerli istifadə olunan preparatlar- maz, kompress. Çox böyük effekti olmasa da, müəyyən qədər ağrını götürməyə yardım edir.
Fizioterapiya Əlavə olaraq fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına yönəlmiş tədbirlər aparılmalıdır. Əslində hər insanın və xüsusi ilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı vardır. Budun ön və arxa qrup əzələlərini gücləndirərək   diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Bu da qonartrozlu xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafının azaldır.Hialuron turşusu ilə müalicə. Hazırda artrozun müalicəsində ən effektiv və təhlükəsiz metodlardan hesab olunur.

 Hialuron turşusu normada sağlam oynağın sinovial qişasının ən vacib elementlərindən biridir. Artroz zamanı oynaqda olan hialuron turşusu normadakından 2-3 dəfə azalır. Bu da öz növbəsində oynağın sürtülməsinin artmasını və oynaq qığırdağında degenerativ proseslərin artmasına gətirib çıxarır. Hialuron turşusu oynaq daxilinə yeridilir.Onun yeridilməsi oynaq toxumalarındakı maddələr mübadiləsinin yaxşılaşmasına gətirib çıxarır. Həmçinin, sürtülən səthlərin “yağlanması” da baş verir, fiziki yük oynaq qığırdağına düşür, maddəllər mübadiləsinin yaxşılaşmasına görə qığırdaq və oynaq ətrafı toxumaların iltihabi prosesləri sağalır, bu da öz növbəsində ağrıların azalmasına və oynaqda hərəkətliliyin bərpasına səbəb olur. Tədqiqatlar göstərir ki, hialuron turşusu ilə müalicə qığırdağın proqressiv distrofiyasının qarşısını alır, əlilləşmə faizini aşağı salır və uzun müddət endoprotezləşmə əməliyyatının vaxtını uzada bilir.

Son illərdə artrozun müalicəsində PRP-üsulundan istifadə edirik. Xəstənin öz qanından dərman hazırlanır və trombosit kütləsi çox olan kök hüceyrəsi əldə edərək, xəstənin oynaqlarına yeridilir. Bu zaman çox gözəl nəticələr əldə edirik. Kobudlaşmış artrozlarda isə cərrahi üsuldan istifadə olunur.Əməliyyat zamanı pozulmuş bir oynağın yerinə yeni bir oynaq qoyulur və xəstə ağrısız, hərəkətləri normal şəkildə həyatına davam edir.

Cərrahi müalicə -yuxarıda göstərilən tədbirlərə baxmayaraq, xüsusi ilə ağır formalı qonartrozu konservativ yolla müalicə etmək çox çətindir və konservativ müalicə effekt vermədiyi hallarda cərrahi müalicə yolu seçilir.


Oynağın bağlanması (artrodez)-mümkündürmü?

Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur. Daha çox gənc,ağır fiziki işdə çalışan kişilərdə məsləhət görülür.

Diz oynağının protezləşdirilməsi (artroplastikası)



Cərrahi yolla müalicə çox hallarda diz oynağının protezləşdirilməsi (artroplastikası, süni oynaqla əvəz edilməsi) əməliyyatıdır . Yeyilib, sıradan çıxmış oynaqlarda oynaq uclarının kəsilib çıxardılaraq metal-plastik implantlarla- süni oynaqla dəyişdirilir. Protez əməliyyatından sonra ağrılar 2-3 ay müddətinə aradan qalxır. Bu əməliyyat əsasən 60 yaşdan yuxarıda olan xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc şəxslərə də tətbiq oluna bilər. Protezin ömrü 10-20 il göstərilir. Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat(reviziya) ilə çıxardılıb yenidən diz oynağı protezi əvəz edilə bilər, ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar