Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Biomed Spektr Tibb Mərkəzinin həkim – pediatrı Xoşqədəm İbadova deyir ki, qurd xəstəliklərinin uşaqlar arasında geniş yayılma səbəbi gigiyenik qaydalara düzgün əməl edilməməsidir.

Baxılıb: 2 240     Tarix: 18-07-2018 11:03   

Qurd xəstəlikləri günümüzdə ən çox rast gəlinən və valideynləri narahat edən xəstəliklərdən biridir. Bir çoxları övladında bu xəstəliyin varlığından xəbərsizdir, Bəzi uşaqlar isə dəfələrlə müalicə alsalar da yenə parazitlərdən qurtula bilmirlər. Elə hallar da olur ki, sözü gedən xəstəliyin uşaqda bir neçə əlaməti olmasına baxmayaraq, analizlərdə xəstəliyi aşkar etmək mümkün olmur.

Qurd xəstəliyinin əlamətləri hansılardır?


“Qurd xəstəliynin əlamətləri müxtəlif olur. Belə ki, orqanizmdəki qurdun növündən asılı olaraq,dişlərini qıcamaq, qarın nahiyələrində ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, anus nahiyəsində qaşınma halları müşahidə olunur. Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqəttələ edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar)parazitlik edə bilir. Bu parazitlər onları immunitetin zəifləməsinə, allergiyalara, mədə-bağırsaq vəsinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir”. Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini biran da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir.


Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş
olurlar.
Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.

Qurd xəstəliyi böyüklərdə də rast gəlinirmi?

Qurd xəstəliyinin təkcə uşaqlarda deyil, böyüklərdə də rast gəlindiyini dedi: “Bir ailənin hərhansı üzvündə bu xəstəliyə rast gəlinibsə, digərlərinin də yoluxması qaçılmazdır. Onlar da yoxlanılmalı, qurd aşkar olunduğu halda müalicə olunmalıdırlar. Eyni zamanda, ailədə gigiyenik qaydalara ciddi şəkildə riayət olunmalıdır. Xüsusilə, yataq dəstlərinin tez-tez yuyulması,paltarların təmizlənib ütülənməsi mütləqdir. Eyni zamanda, uşaqlara şəxsi gigiyenik qaydalarizah edilməlidir”.

Həkim məişətdə istifadə olunan suyun da parazitlərin yayılmasında böyük rolunun olduğunu qeyd edib.

Profilaktika məqsədilə suyu qaynadaraq içməyi tövsiyə edən pediatr bildirib ki, xüsusilə yay fəslində diqqətli olmaq lazımdır.

Bəzi parazitlərin yarımçiy qəbul edilən ət məhsullarından bədənə daxil olduğunu deyən pediatr bu mənada lent şəkilli qurdların da uşaq orqanizmi üçün çox təhlükəli olduğunu açıqlayıb. Mütəxəssis bildirib ki, bu parazitlər bağırsaqların divarına yapışır və onların bu ğum hissələri lent kimi uzanaraq, nəcisdən xaric olmağa başlayır.

Bu parazitin yaxşı bişməmiş balıq əti ilə orqanizmə daxil olduğunu deyən mütəxəssis vurğulayıb ki, yaxşı qızartmaq, balığın hələ yaxşı bişməsi demək deyil: "Parazit balığın bişməmiş qismində olur. Uşaqlara verilən balıq məhsullarını qızartmaq yox, buğda bişirmək lazımdır

"Parazitlərin hansı növləri var?Lyamblioz


Uşağın lyambliozla yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su,natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər. Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərin əmələ gəlməsinə səbəb olur.

Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki, bu da uşağın bu xəstəlikdən tam şəkildə sağalmasına səbəb olar.Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır.
Bu zaman müayinə üçün yalnız təzə (defekasiya aktından 2 saatdan artıq müddət keçməməklə) nəcis götürülməlidir.

Bizquyruq


Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Yer əhalisinin təxminən 500 milyonu yaşından asılı olmayaraq bu xəstəlikdən əziyyət kəçir. Dişi qurdların uzunluğu 9-12mm, erkəklərin 2-5 mm çatır.


Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar,qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdirlar və bir neçə saatdan sonra ölürlər. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına daxil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Yuxulu xəstə qaşınır.Yumurtalar onun dırnaqlarının altına, alt paltarına, yatağına düşür, ev tozunaqarışırlar və müxtəlif əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki,yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur.

Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır.

Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxırlar. Onlar 10-12 günə cinsi yetişirlər, cütləşirlər. Erkək qurdlar cütləşəndən sonra ölürlər. Dişilər isə 1 həftə sonra yumurtlamağa başlayırlar və bir neçə saat sonra ölürlər. Ancaq yumurtaların təkrar udulması nəticəsində xəstəlik aylarla, illərlə davam edəbilər!

Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tezhirsli və qıcıqlanmış olur. 

Enterobioz zamanı uşaqlar bir çox hallarda ürək bulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdəcanlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin vəya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır.

Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.

Askarida

Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur(helmint).Soxulcana bənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər.

Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürək bulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur.

Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar.Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir.

Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə,natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır.Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.

Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməle tməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır.Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesabedilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar özifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana)şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir.

Tükbaş qurd


Tükbaş qurd - trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır.Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksda yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6il ömür sürürlər. Tükbaş qurd ilə yoluxma zamanı uşaqların əsas şikayəti qarınınsağ tərəfində tutmaşəkilli ağrılar, ürək bulanma və qusmadan olur. Onlarda ishalvə ya qəbizlik, axşam yatarkən ağızdan tüpürcək axması, narahat yuxu,oyanıqlıq, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də təsadüf edilir.Diaqnoz uşağın nəcisinin müayinəsi aparılmaqla təstiq edilir.Aparılan müalicədən sonra tam sağalma qeyd edilir.Bütün bağırsaq parazitləri (qurdları) ilə yoluxmanın profilaktikası sanitar-gigiyenik normalara riayət edilməsindən, qəbul edilməsindən qabaq bütün meyvə və tərəvəzlərin axar su altında yaxşı-yaxşı yuyulmasından ibarətdir.

Trixinella


Bu xırda qurdla yoluxma yaxşı bişirilməmiş və ya qızardılmamış ət yeyilməsi nəticəsində baş verir. Trixinella insanın əzələlərində (xüsusən, diafraqma, qırtlaq,dil, göz, qabırğaarası əzələlərdə) yaşayır.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar