Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Loğman Klinikasının uşaq nevroloqu Zülfiyyə İbrahimova- Epilepsiya Xəstəliyin müalicəsi uzun müddətlidir.

Baxılıb: 3 210     Tarix: 19-09-2018 13:20   


Həkimlə Epilepsiya xəstəliyinin əlamətləri, yaranma səbəbləri və müalicəsi haqqında danışacayıq.


Epilepsiya nədir?


Epilepsiya ― təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Bir qrup beyin hüceyrələrində qəfildən başlayan, anormal sinir boşalmaları səbəbilə ortaya çixan bir klinik vəziyyətdir. Epilepsiya -yunanca “epilambano” sözündən götürulub, mənası “tuturam” deməkdir.


Epilepsiya baş beynin çoxsəbəbli xroniki xəstəliyi olub, neyronların həddən artıq qıcıqlanması nəticəsində yaranır və epilepsiya tutmaları ilə nəticələnir.


Epilepsiyanın əlamətləri hansılardır?


Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir.Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.Epiletik tutmalar 2 yerə bölünür:kiçik və böyük tutmalar. Epilepsiyalı insanların xarakterik görünüşü və ya davranışı da olur,Onların gözlərinə baxsanız soyuq parlaqlıq,narahatlıq görə bilərsiniz,Epilepsiyanın bir neçə saniyə davam edən "absans"tipli formlarından tutmuş tutmaları dövri şəkildə təkrarlanaraq uzun müddət davam edən Epileptik statusa qədər formaları var.
Gecə epileptik tutmaları deyilən bir hal var ki bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir, sanki xəstə hiss edir ki onda tutma baş verəcək. Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s təsirindən beyində oyanıq sahə yaranır.


Epilepsiyanın yaranma səbəbləri hansılardır?


Epileptik tutmaların mənbəyi beyindir. Beynimizin nizamlı şəkildə fəaliyyət göstərməsinə mane olacaq hər bir hadisə, vəziyyət, faktor buna səbəb kimi sayıla bilir.

Epilepsiyaxəstəliyi klinik olaraq iki formaya bölünür:

Geniun Epilepsiya– uşaqlarda heç bir səbəb olmadan, genetik faktor, irsiyyətlə əlaqəli yaranan
Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan
Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları ( miningit, ensefalit) , başa alınan travmalar, zəhərlənmələr ( ağır metallardan, karbon monoksid və s.), beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, aşırı dərəcədə alkoqol aludəçiliyi, metobolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.


Epilepsiyanın diaqnozu necə qoyulur?


Epilepsiyanın diaqnozu dəqiq və ətraflı anamnezlə başlar. Ailə və irsi anamnez, tutmanın təsviri, keçirilən tarvma və xəstəliklər, aprılan müalicə və onun effektliyi öyrənilməlidir. Xəstə umumi və nevroloji müayinədən sonra əlavə olaraq EEQ, KT, MRG edilməlidir. Yüksək atəş, alkqol və başqa keçici səbəblərdən yaranan tutmalar həmçinin təkrarlanmayan tək bir tutma, epilepsiya deyildir.


EEQ beynin elektriksəl aktivliyinin kəlləyə xaricdən yapışdırılmış elektrodlar vasitəsi ilə xüsusi elektroensefalograf deyilən həssas aparatla kağız lentə və ya bilgisayar ekranına yansımasıdır. EEQ müayinəsində epilepsiya ilə xəstə olanların 45 % -ndə tutmanın xatakterinə uyğun əlamətlər müəyyən edilir. Buna görə EEQ-də uyğun əlamət müəyyən edildikdə epilepsiyanın olduğunu təsdiq edər. Amma, EEQ-də əlamətin olmaması epilepsiyanın olmaması demək deyildir


Epilepsiya necə müalicə olunur?


Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər.
Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır.


Epileptik tutma zamanı insana necə kömək etmək olar



Xəstənin başının altına yumşaq bir şey qoyun və iti əşyaları başının yanından uzaqlaşdırın. Qıcolma keçəndə xəstəni, şəkildə göstərildiyi kimi, yanüstə çevirin.


Epilepsiya xəstələrinə nələri qadağan edirsiz?


- Çoxlu sərnişin olan ictimai nəqliyyata minmək;
- Əhalinin sıxlıq təşkil etdiyi qapalı məkanlarda qalmaq;
- Kompyüter və televizor qarşısında çox oturmaq, mobil telefonla çox danışmaq;
- Bəzi dərman preparatlarından - antihistaminlər, antidepressantlar, yod tərkibli dərmanlar və anestetiklərdən istifadə etmək.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar