Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Samirə Əkbərbəyova Həkim – ginekoloqla müsahibə

Baxılıb: 2 829     Tarix: 28-09-2018 08:59   

Qanunvehedef.az bildirir ki, Tibb üzrə fəlsəfə doktoru , M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasının  Mama-ginekoloqu Samirə Əkbərbəyova Yumurtalığın polikistozu, Polikistoz xəstəliyin əsas əlamətləri, səbəbləri və müalicəsi ilə bağlı Həkimim rublikasının suallarını cavablandırıb.

Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir?

Polikistoz yumurtalıqlar sindromu qadınların təxminən 5%-də görülən və müalicə edilə bilən xəstəlikdir. Polikistoz yumurtalıq sindromu - çox sayda kistozları olan yumurtalıq toxuması deməkdir. Bu xəstəliyin səbəbi yumurtlama pozğunluğudur. Xəstəlik zamanı çatlaması lazım olan folekul yarımçıq inkişaf edir və yumurtalıq toxumasının içində 3-10 millimetrlik kistaya çevrilir. Yumurtalıq toxuması bu kistaların artması səbəbindən "polikistoz", yəni çox sayda kistanın əmələ gəldiyi quruluşa çevrilir.
Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir. Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.
Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.

Polikistoz xəstəliyin əsas əlamətləri hansılardır?

- aybaşı tsiklinin pozulması;
- bəzi hallarda qanaxma;
- bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;
- sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;
- 50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;

Yumurtalıqların polikitozunun səbələri hansılardır?
 
Yumurtalıqların polikistozunun səbəbləri hələ sona qədər tam aydın deyil. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır).

Xəstəliyin diaqnostikası haqqnda nə deyə bilərsiniz?

Exoqrafiyanın və hormonal müayinələrin nəticələrinə əsaslanır. Yumurtalıq polikistozunun exoqrafik kriterilərinə yumurtalıq ölçülərinin artması, diametrin 3-8 mm olan və 8-10 follikulyar kistaların olması və stromal sıxlığın yüksəlməsi aiddir. Laproskopik müayinə zamanı tipik mənzərə aşkar edilir, hamarlaşmış ağ kapsul, səthində şaxələnən kiçik damarlar, yumurtalıqların uzununa 5-6 sm, eninə 4 sm böyümüş, xırda follikulyar kistalar yumurtalıq qabığının qalınlaşması səbəbindən görülür. Bu dəyişiklilər üçün ağlı qişanın sklerozu, stromanın hiperplaziyası, follikulların kistozatreziyası, bəzi hallarda follikul hüceyrələrinin lüteinləşməsi, sarı cismin olmaması kimi histoloji mənzərə səciyyəvidir.

Polikistozun diaqnostikası üçün hansı analizləri vermək lazımdır?

Yumurtalıqların polikistozu şübhəsinin yaranması zamanı qadına qanın hormonal analizini vermək tövsiyyə edilir. Yumurtalığın polikistozu əlamətləri USM-də: bu yumurtalıqların ölçüsünün böyüməsi, onların kapsulunun qalınlaşması və yumurtalıqlarda çox saylı kistalardır


Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?


Polikistozun müalicəsinin bir neçə metodu vardır ki, onlar xəstənin yaşından, xəstəliyin əlamət və kəskinləşmələrindən asılı olaraq ginekoloq tərəfindən təyin edilir:
— Hormonal həblərin köməkliyi ilə müalicə
— Əməliyyat keçirilməsi ilə müalicə (laparoskopiya)
— Pəhriz köməkliyi ilə müalicə

Polikistozun əməliyyat (laparoskopiya) vasitəsi ilə müalicəsi nə vaxt həyata keçirilir?


Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz.

Bu xəstəlik gələcəkdə orqanizm üçün hansı fəsadlar törədə bilər?
 
Yumurtalıqların polikistozundan əziyyət çəkən xəstələrə diqqət yetirəndə, çoxunda piylənmənin olduğunu görə bilərik. Ona görə də bu xəstəlik metabolik sindrom dediyimiz problemin bir parçası hesab olunur. Bu xəstələr gələcəkdə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxildirlər. Buna görə də terapevtin nəzarəti altında olub, piylənməyə qarşı mübarizə aparmalıdırlar. Bədən çəkisinin azaldılması təkcə sadaladığım xəstəliklərin profilaktikasına xidmət etmir, eyni zamanda, polikistozun müalicəsində də işimizi xeyli asanlaşdırır. Belə ki, bədən çəkisinin 5% azaldılması ovulyasiyanın dərman istifadə etmədən bərpasına gətirib çıxarır ki, nəticədə menstruasiyalar nizamlanər, hamilə qala bilməyən qadınların isə uşaq sahibi olma ehtimalı artır. Polikisozlu xəstələr uşaqlıq xərçəngi baxımından da risk daşıyırlar ki, bu baxımdan da həm piylənmənin müalicəsi, həm də menstruasiyaların hormonal preparatlarla nizamlanması vacibdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar