Ramin Quliyev Həkim-fizioterapevtlə müsahibə
Baxılıb: 2 880 Tarix: 03-10-2018 10:37
Dəyərli oxucularımız Qanunvehedef.az saytının “Həkimim ” rubrikamızın budəfəki qonağı Həkim Fizioterapevt Ramin Quliyevdir.
Yaşam Tibb Mərkəzinin Fizioterapiya şöbəsində çalışan Ramin Quliyevin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Ramin həkim kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirl. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edir. Peşəkar həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.
Fizioterapiya nədir?
- Fizioterapiya yunan sözü olub, tam mənası təbiətin gücü ilə müalicə deməkdir. Fizioterapiya 2 əsas hissəsi var: elektro terapiya və reabilitasiya. Elektro terapiya tibbi avadanlıqlarla müalicə üsuludur. Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılması mənasını verir.
Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktoprların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:
-hava vannalar
-su ilə müalicə
- mineral sularla müalicə
-süni günəş işığı vasitəsilə müalicə
-isti və ya soyuqla müaicə
-elektriklə müalicə
- elektromaqnitlə müalicə
- təzyiqlə müalicə (baroterapiya)
-mexaniki təsirlərlə müalicə
- massaj
- banka qoyma
- müalicə bədən tərbiyəsi
- buğa vermə
Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur?
Bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur.
– Tənəffüs sistemi – bronxitlər, obstruksiyalar, pnevmoniyalar, astmalar və s.;
– Lor xəstəlikləri – rinitlər,otitlər, tonzillitlər, faringit, laringit və s.;
– Stomatoloji xəstəliklərdə;
– Oftalmoloji xəstəliklərdə;
– Uroloji xəstəliklərdə;
– İnfeksion xəstəliklərdə – parotit, angina, kəskin respirator xəstəliklər;
– Oynaq, onurğa birləşdirici toxuma xəstəlikləri – osteoartroz, podaqra, artritlər, osteoxondrozlar, onurğanın degenerativ dəyişiklikləri, protruziyalar, yırtıqlar, travmatik zədələnmələr, əməliyyatdan öncə və sonrakı xəstələr, fibromialgiyalar, postur pozğunluqları, oskut-şlatter xəstəliyi və s;
– Yanıqlarda;
– Dəri xəstəliklərində;
– Sinir- əzələ xəstəliklərində – nevrozlar, miqren, reyno xəstəliyi, miopatiyalar, miostimulyasiyalar, parezlər və s;
– Pediatrik xəstəliklərdə – enurez, raxit - d vit hipovitominozu, skolioz, kifoz, lordoz, tez -tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və s.
- Fizioterapiya müalicəsi zamanı biz bütün tibb sahələri ilə (beyin cərrahiyəsi, idmançı reabilitasiyası, nevroloji reabilitasiyası, ortepedik cərrahiyəsi, kardio cərrahiyə və s.) birlikdə işləyirik. Bizim əsas müalicə etdiyimiz xəstəlik osteoxondrozdur. Bu xəstəlik boyun, bel, döş fəqərəsinin arasındakı disk yırtıqlarıdır. Skolyoz xəstələrində onurğanın sağa və sola əyilməsidir. Kifoz onurğanın qabağa və ya arxaya əyilməsidir. Çiyin, çanaq, diz artrozu, əl biləyi və ayaq xəstəlikləri də son illər sürətlə artmaqdadır. Təzyiq yüksəldikdən sonra beyin qanaması keçirən, yol nəqliyyat hadisəsi zamanı xəsarət alandan sonra yaranan, anadan gəlmə iflicli xəstələri də müalicə edirik. Qohum-əqraba evlilikləri zamanı dünyaya gələn uşaqlarda müəyyən qüsurlar meydana gəlir. Bütün bu xəstəlikləri biz fizioterapiya vasitəsi ilə müalicə edirik. İdmançılar xüsusilə ciddi zədələnmədən sonra bizə müraciət edir.
Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:
-Limfodrenaj
-Sedativ(sakitləşdirici)
-Qan dövranı normallaşır
-İltihab əleyhinə təsir
-Sinir-əzələ stimul edici
-Ağrıkəsici
Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.
Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi haqqında nə deyə bilərsiz?
Fizioterapevtik müalicəsinin üsullarından biri elektroforezdir (buna həmçinin "ionoforez", "ionoterapiya", "ionohalvanizasiya" deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.
"Elektroforez" terminin iki hissədən ibarətdir - "elektro" - elektrik cərəyan və "forez" - yunan dilində "daşınma", "köçürmə" deməkdir.
Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.
Elektroforez proseduru zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Apparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.
Elektroforezin insan orqanizmi üçün əks-göstərişləri varmı?
Elektroforezin müəyyən əks-göstərişləri var:
- şiş xəstəlikləri,
- ürək çatışmazlığı,
- yüksək hərarət,
- kəskin iltihablar,
- ekzema, dermatit,
- elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
- elektrik cərəyana qarşı dözümsüzlük,
- istifadə olunan dərman preparatına qarşı allergiya.
Müsahibəmizin sonunda oxucularımıza sözünüz?
Söhbətimizin sonunda təkrar qeyd etmək istəyirəm ki, fizioterapiya həkiminin işi ağrını azaltmaq deyil, birbaşa xəstəliyi yaradan səbəbi müalicə etməkdir. Dünya standartlarında fizioterapiya kursunun müddəti 21 gündür. Biz dünyada qəbul olunan bütün standartları xəstəxanamızda tam şəkildə tətbiq edirik
Ən çox oxunanlar
Son xəbərlər