Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

TRAVMATOLOQ- ORTOPED, ONURĞA CƏRRAHI, TİBB ELMLƏRİ DOKTORU YAŞAR CƏLİLOVLA MÜSAHİBƏ.

Baxılıb: 4 356     Tarix: 08-10-2018 11:03   

Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Ortopediya və Onurğa cərrahiyyəsi Elmi bölməsinin Rəhbəri, Tibb elmləri doktoru, Professor, Azərbaycan Travmatoloq və Ortopedlər Assosiyasiyasının Prezidenti və Təsisçisi istedadlı olduğu qədər də sadə insan olan Yaşar Cəlilovdan gedir.

Cəlilov Yaşar Rəftar oğlu 29.01.1955-ci ildə Füzuli şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi Qızıl medalla, 1978-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakultəsini Fərqlənmə diplomu ilə bitirib. 1978-1987-ci illərdə Dağlıq Qarabağ Vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir. 1984-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) aspiranturaya daxil olmuş və 1987-ci ildə «Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника» mövzusunda Tibb elmləri namizədlik dissertasiyasını müdafiyə etmişdir. 1987-ci ildən AR SN ET Travmatologiya və Ortopediya İnstitutunda böyük elmi işci, və 2001-ci ildən isə Elmi bölmə Rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) «Комплексное консервативное и оперативное лечение сколиоза» mövzusunda Tibb Elmləri Doktoru dissertasiyasını müdafiyə etmişdir. 2004-cü ildən “Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”-nın (AzTOA) təsiscilərindən biridir. 2009 ildən AzTOA-nın Vitse Prezidenti, 2012–ci ildən isə onun Prezidentidir. 2010-cu ildən Beynəlxalq Cərrahi Ortopediya və Travmatologiya Cəmiyyətinin (Société Internationale de Chirurgie Orthopédique et de Traumatologie (SICOT) aktiv üzvüdür. 2011 ildən isə Avropa və dünya EFORT, EFİC, ESSEO, EULAR federasiyalarının üzvüdür. Y.R.Cəlilov aktiv ortoped-cərrahdır. O onurğa skoliozu, hiperkifozu, bel osteoxondrozu, spondilolistez, fəqərə sınıqları, ətrafların travmaları və ortopedik xəstəlikləri olan minlərlə pasiyentlərə mürəkkəb və uğurlu cərrahi əməliyyatlar icra etmişdir və indidə bu fəaliyyətini aktiv davam edir.

Y.R.Cəlilovun Elmi və kliniki tətqiqatlarının əsas istiqamətləri: 

- onurğanın degenerativ xəstəliklərinin və deformasiyalarının ortopedik və cərrahi müalicəsi; - ətrafların müxtəlif etiologiyalı ortopedik-
travmatik patologiyasına həsr edilmişdir. Onun Elmi-kliniki fəaliyyəti 126 məqalə və metodiki tövsiyyələrdə işıqlandırılmışdır. Elmi məqalələrinin 33-ü xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.

 Y.R.Cəlilov SSRİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərələşdirici təklifinin müəllifidir.

Yaşar Həkimlə Onurğa xəstəliklərinin ən geniş yayılmiş növü
- Skolioz xəstəliyi barəsində pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.
Yaşar həkimlə müsahibəni sizə təqdim edirik.


Skolioz nədir?

Dayaq-hərəkət sistemi xəstəlikəri arasında onurğa sütunu deformasiyaları daha geniş yayılmışdır.
Onurğa sütunu deformasiyalarının əksəriyyətini skolioz təşkil edir.
Onurğa sütununun yana əyriliyi (frontal müstəvidə əyilməsi) skolioz adlandırılır.
Bu xəstəlik xüsusilə gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verir ki, bu da insanda kompleks yaradır.


Əyriliklər əsasən döş və bel nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyası ilə nəticələnir. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Bu xəstəlik qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir.

Skoliozun ən çox rast gəlinən formaları hansıdır?

-İdiopatik,
-Anadangəlmə,
-Sinir-əzələ mənşəli.

İdiopatik (etiologiyası, mənşəsi məlum olmayan) skolioz adətən,7- 10 yaşından sonra inkişaf etməyə başlayır. Bu zaman onurğa deformasiyasından başqa, döş qəfəsində qabarmalar və başqa asimmetrik pozuntular yaranır. Diaqnozun vaxtında qoyulması üçün profilaktik müayinə tədbirlərinin görülməsi çox vacibdir.

Anadangəlmə skolioz onurğa strukturlarının inkişaf anomaliyaları nəticəsində meydana çıxır. Fəqərələrin sümük-toxuma elementlərinin anormal formalaşması (yarım fəqərələr, pazvarı fəqərələr, fəqərələrin bitişməsi-sinostozu və sair anomaliyalar) onurğa balansını pozur və skoliotik-kifotik deformasiyalar törədir. Anadangəlmə onurğa xəstəlikləri, adətən digər orqanların anomaliyaları ilə birgə rast gəlinir. Bunlara isə qinekourinar trakt, sinir sistemi və ürək daxildir.

Sinir-əzələ mənşəli skolioz sinir sisteminin pozğunluqları ilə bağlı meydana çıxan bir növüdür, məsələn, uşaq serebral iflici, onurğa fəqərələrinin çatı, əzələ distrofiyası, kürək nahiyəsinin travması, onurğa şişləri, neyrofibromatoz.

Onurğa xəstəliklərinin yaranmasına səbəb olan faktorlar hansılardır?

Onurğanın skolitik və kifotik deformasiyalarının əksəriyyətinin (idiopatik skolioz və Şeyerman kifozu) etiologiyası məlum deyil. Lakin onurğa deformasiyalarının ağırlaşmasına müəyyən qiqiyenik normalara riayət edilməməsi şərait yaradır.Uşaq yaşlarında olan raxitin vaxtında müalicə olunmaması, valideynlərin körpə uşaqları balışlara söykəyərək oturtmağa çalışması, yeriməyi hələ bacarmayan körpələrin əllərindən tutularaq və ya “manej” tipli qurğularda yeritməyə çalışılması və bu kimi faktorlar onurğa probleminin yaranma faizini artırır. Bununla yanaşı, məktəblilərin ağır çantaları, düzgün olmayan vəziyyətlərə oturaraq dərs oxumaları, həddindən artıq eyni formada hərəkətsiz qalmaları, idmana və bu kimi hərəkət tələb edən məşğuliyyətlərə biganə olması da onurğa əyriliyinə səbəb olur. Normal və vitaminli qidalanmalar, möhkəm yataq, gündəlik bir-iki idman hərəkətləri kifayətdir ki, sümüklər möhkəmlənsin, skolioz, kifoz və bu kimi onurğa xəstəlikləri yaranmasın.

Skoliozun müayinə metodları hansılardır?

Rentgen müayinəsinə əsasən skoliotik deformasiyaların ağırlığı dərəcələrlə ifadə edilir.
Prof. Yaşar Cəlilovun müəllifi olduğu təsnifata (2001 ildə beynəlxalq ədəbiyyatda dərc edilib) əsasən skoliozun aşağıdakı ağırlıq dərəcələri ayırd edilir: - I-ci dərəcəli skolioz – 0-10°(Kobb həndəsi ölçü üsulu ilə) - IIA dərəcəli – 11-20° - IIB – 21-30° - IIIA – 31-40°
- IIIB – 41-50º
- IIIC – 51-60º
- IVA – 61-70º
- IVB - 71-80º
- IVC - 81º˃
I-ci dərəcəli skolioz: Onurğanın 10 dərəcə frontal (yan) istiqamətdə əyriliyidir.Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o qorxulu deyildir.Tez üzərinə düşülərsə bu əyrilik ləğv oluna bilər.
IIAB dərəcəli skolioz: Onurğanın 11- 30 dərəcədə əyriliyidir.Artıq narahatçılığa əsas yaranır və xüsusi diqqət göstərilməlidir.Ortopedik müalicə (xüsusi yarımsərt korsetlər), idman və fizioterapiya həlledici üsullardandır.
IIIABC dərəcəli skolioz: Onurğanın 31-60 dərəcədə əyriliyidir.Bu səviyyədə artıq döş qəfəsi öz formasını itirmiş və donqarlığa doğru deformasiyası prosesi başlamışdır. Ortopedik müalicə (xüsusi TLSO tip sərt korsetlər), idman və fizioterapiya deformasiyanı dayandırır və nisbətən düzəltməyə - korreksiya etməyə imkan verir.
IVABC dərəcəli ağır skolioz: Onurğanın artıq sürətlə əyilmə prosesigedir.Burada konservativ müalicə üsulu yetərincə güclü təsir etməz.Döş qəfəsinin tamamilə formasının itirilməsi, donqar halda formalaşması prosesinin kulminasiya nöqtəsinə səbəb olur. Belə hallarda əsas müalicə üsulu cərrahi müdaxilədir. Müasir üsullarla aparılan cərrahi müdaxilə deformasiyanı əhəmiyyətli dərəcədə düzəltməyə imkan verir.

Skolioz xəstəliyinə vaxtında müdaxilə olunmazsa, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər:

- Xroniki bel ağrıları;
- Aritmiyalar, ürək nahiyəsində ağrı;
- Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
- Süd vəzi ölçülərində fərq;
- Mədə bağırsaq problemləri;
- Diafraqma ilə əlaqəli problemlər (təngənəfəslik);
- Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya;
- Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.

Skoliozun müalicəsi haqqında nə deyə bilərsiniz?

Az.ETTOİ-nin Ortopediya şöbəsində Yaşar Cəlilov tərəfindən skoliozu olan xəstələrin uzunmüddətli kompleks müayinəsi və müalicəsi sistemi 2001-ci ildən yaradılmış və müvəffəqiyyətlə tətbiq edilir. Sistem yerlərdə onurğa deformasiyası olan xəstələrin poliklinika həkimləri tərəfindən ilkin diaqnostika əsasında aşkar edilərək Az.ETTOİ-yə istiqamətləndirilməsindən başlayır. Bunun üçün regionların tibb müəssisələrinə azərbaycan dilində metodik tövsiyyə-məktublar göndərilmiş, sahə həkimləri, cərrahlar və travmatoloqlar təlimatlandırılmışlar. Bu təlimatlara əsasən yerlərdə həkim müayinəsi zamanı onurğa deformasiyası müəyyən edilən uşaq və yeniyetmələr AzETTOİ-də ixtisaslı diaqnostika və müalicəyə istiqamətləndirilirər. Xəstələr institutun poliklinika və ortopediya şöbələrində xüsusi təlimatlandırılmış personal tərəfindən qarşılanır, sənədləşdirilir və ixtisaslı ortoped-vertebroloqun müayinəsinə göndərilir. Müayinə kliniki baxış, onurğanın ayaqüstə və uzanılı rentgenoqrafiya və xüsusi cihazlarla müayinəsindən ibarətdir. Bəzi hallarda MRT, KT, densitometriya müayinələridə aparılır. Məlumdur ki döş-bel və bel tip skoliozlarda çanağın əyilməsi baş verir. Çanağın əyilməsinin dərəcəsini dəqiq təyin etmək üçün tərəfimizdən xüsusi cihaz icad edilib və praktiki işimizdə geniş tətbiq edilir (müəllif Yaşar Cəlilov 2002-ci il)
Aparılan müayinələrin nəticələri qiymətləndirildikdən sonra xəstənin diaqnozu təyin edilir və ona individual uzunmüddətli ambulator mualicə kompleksi işlənilir. Müalicə kompleksinin əsasını müxtəlif ortez vəsaitlərlə skoliotik deformasiyanın korreksiyası, gövdə əzələlərinin qüvvəsinin bərpası və balanslaşdırılması üçün periodik fizio- və kinezoterapiya. Müalicə kompleksinin hər bir komponenti haqda məlumatlar xüsusi təlimat vərəqələrı vasitəsi ilə icraçı fizioterapevtlərə və valideynlərə izah edilir. Hər 3- 4 aydan bir xəstə təkrari müayinədən keçir və bunun əsasında müalicə prosesinə korreksiya verilir. Ortopedik müalicənin əsas məqsədi skoliotik əyriliyin korreksiyası və stabilizasiyasıdır. Bizim və başqa müəlliflərin çoxillik təcrübəsi göstərir ki bünları təmin edən əsas faktor ortez vəsaitlərin uzunmüddətli tətbiqidir.

Ağır IVABC dərəcəli skoliozların müalicəsində ən effektiv üsul cərrahi korreksiyadır. AzETTOİ-də işlədiyim 1988-ci ildən indiyədək yüzlərlə xəstəyə cərrahi korreksiya aparılmışdır. Dünyada zamanca mövcud olan bütün üsullarla əməliyyatlar aparmışıq (Kazmin üsulu, Harrinqton üsulu, Drammond üsulu, Kotrel-Dübussi və hal-hazırda transpedikulyar qurğularla) və bu istiqamətdə işimizi davam edirik.

Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Buyurun, çalışın hər zaman sağlam olun!
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar