Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fuad Əfəndiyev Həkim-Dermotoveneroloqla müsahibə

Baxılıb: 3 203     Tarix: 08-10-2018 08:06   


Qanunvehedef.az –ın müsahibi Respublika Dəri Zöhrəvi Dispanserinin həkim-Dermotoveneroloqu  Fuad Əfəndiyevdir. Həkimlə 
Psoriaz xəstəliyinin növləri və müalicəsi haqqında danışacayıq.

Dəri xəstəlikləri dəridə səpgilər, qaşınma, qabıqlanma, çatlar , yaralar kimi təzahür edir.
Ümumiyyətlə xroniki xəstəliklər, o cümlədən də dəri xəstəlikləri əsasən yaz və payız aylarında pisləşir və ya əmələ gəlirlər.
Allergik dermatitlər, psoriazın bəzi formaları, dəmrovun bəzi növləri, ekzema əsasən yaz və payız aylarında pisləşirlər. Yaz aylarında orqanizmin vitaminsizləşməsi bu fəsildə dəri xəstəliklərinin kəskinləşməsinə səbəb olan amillərdən biridir.


Psoriaz xəstəliyi haqqında nə deyə bilərsiniz?


Psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki qeyri-infeksion xəstəlikdir.
Psoriaz zamanı dəri hüceyrələri sürətlə bölünməyə başlayır, hüceyrələr tam yetişmir və onların arasında olan əlaqələr itir. Bu isə dəridə bu xəstəliyə xas olan pulcuqların əmələ gəlməsinə səbəb olur.


Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş ləkələr əmələ gəlir. Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması (yeni kiçik kapilyarların inkişaf etməsi, angiogenez nahiyəsində kapilyarların kövrəkliyinin artması nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır.Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların daxili səthlərində olur). Buna baxmayaraq psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa istənilən nahiyədə baş verə bilər. Amma onu da qeyd edək ki, bəzi psoriazlı xəstələrdə vizual olaraq heç bir əlamət aşkar olunmur. Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal bir zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Nəinki dəri səthi hətta dırnaqlar da prosesə cəlb oluna bilər, bu zaman dırnaqların rəngi saralır, ağarır və ya bozarır ya da tamamilə dırnaq sıradan çıxır.

Psoriazın növləri hansılardır?

Xəstəliyin klinik formaları arasında
adi psoriaz,
damcıvari psoriaz,
başın tüklü hissəsinin psoriazı,
dırnaqların zədələnməsi,
qasıq nahiyəsinin psoriazı,
əllərin içinin və ayaq altının pustulyoz psoriazı,
 generalizə olunmuş pustulyoz psoriaz ayırd edilir.
Müraciət edən xəstələrin əksəriyyətinin qaraciyərlə bağlı şikayətlər verməsi və biokimyəvi müayinələrin nəticələri psoriaz zamanı qaraciyərdə ferment mübadiləsinin pozulması halları baş verdiyini göstərir. Xəstəlik eritrodermiya, artropatik psoriaz və dırnaqların zədələnməsi ilə fəsadlaşa bilər. Eritrodermiya mərhələsində dəri həddən artıq hiperemiyalaşır, büzüşür, quruyur və dartılır. Artropatik psoriaz zamanı isə oynaqlarda kontrakturalar əmələ gəlir, sinovial mayenin miqdarı azalır, oynaqlar bir-birinə sürtüldüyü üçün güclü ağrı əmələ gəlir və xəstənin hərəkəti məhdudlaşır.


Xəstəliyin baş verməsində hansı faktorların rolu böyükdür?


Xəstəliyin baş verməsində yanaşı faktorlar böyük rol oynayır. Bunlardan dərinin mexaniki zədələnmələrini, infeksiyaları, stress və emosional gərginliyi, bəzi dərman preparatlarının, xüsusən də hormonal preparatların, malyariya əleyhinə dərmanların, interferon, β-adrenoblokatorların sistemli şəkildə qəbul olunmasını göstərə bilərik. Sadalananların dəriyə təsiri ilk vaxtlarda psoriazabənzər səpgilərin əmələ gəlməsinə səbəb olur. Sonradan xəstəlik qabıqlanan papulalar, piləklər formasında, əsasən başın tüklü hissəsinə, dirsəklərə, kürək nahiyəsinə, sinəyə, əllərə, baldırlara, bəzən hətta ayaq altına və bel nahiyəsinə də yayılır.
Psoriaz xəstəliyi başqa orqan xəstəliklərinə də səbəb ola bilərmi?
Psoriyaz xəstələrində ürək-damar xəstəlikləri (hipertoniya, şəkər xəstəliyi, qan yağlarında artma), obezite (şişmanlıq), iltihablı bağırsaq xəstəliklərinə daha sıx rast gəlinir.


Psoriazın müalicəsi varmı?


Psoriazın müalicəsi ilə dermatoloqlar məşğul olur. Müalicə zamanı hormonlar, iltihabəleyhinə preparatlar, sink əsasında preparatlar, sitostatik preparatlar, vitaminlər, fizioterapiya (zəli ilə müalicə, krioterapiya, fototerapiya) istifadə olunur.
Psoriaz xroniki xəstəlikdir, tam müalicə olunmur. Xəstə daim həkimin nəzarətində qalmalı və lazım olduqda müalicə almalıdır.


Psoriaz xəstəliyinin ağırlaşmasına səbəb olan amillər hansılardır?


1. Soyuqdəymələr psoriazın əlamətlərinin yenidən qayıtmasına  gətirib çıxara bilər. Bu səbəbdən xəstə özünü soyuqlamadan mümkün qədər qorumalıdır.
2. Karioz dişlər, xroniki tonzillit, rinit, xolesistit, haymorit və orqanizmdə olan digər gizli infeksiya ocaqları xəstəliyin kəskinləşməsinə səbəb ola bilər ki, onları mütləq və vaxtında müalicə etmək lazımdır.
3. Psoriaz xəstəliyi olan insanın paltarları yüngül və enli olmalı, bədəni sıxmamalıdır ki, bu yeni səpgilərin əmələ gəlməsini törədməsin. Sintetik materiallardan olan paltarları geyinmək məsləhət deyil.
4. Xəstəliyin kəskinləşməsi zamanı vannaların qəbul edilməsi və ultrabənövşəyi şüalanma ləğv olunmalıdır.
5. Psoriaz xəstəliyi olan insan məişət kimyası (camaşır tozu, lak, emal, boya və s.) ilə mümkün qədər az təmasda olmalıdır. Bu vasitələr psoriazın kəskinləşməsinə təkan verə bilər. Dərmanlarla da mümkün qədər ehtiyatlı olmaq lazımdır. Yalnız profilaktik və insanın həyatı üçün vacib olan dərmanlara (ürək preparatları, diabet əleyhinə preparatları, arterial təzyigi normallaşdıran preparatları və s.) icazə verilir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar