Namiq Məmmədov Həkim – radioloqla müsahibə
Baxılıb: 1 570 Tarix: 10-10-2018 10:05
Qanunvehedef.az saytı ölkənin savadlı və ixtisaslaşmış həkimlərini studiyamıza qonaq edir. Saytımızın qonağı Baku Medical Plaza Klinikasının həkim – radioloqu Namiq Məmmədovdur. Həkimlə daxili orqanların USM-müayinəsi haqqında həmsöhbət olduq. Həmin müsahibəni sizin diqqətinizə çatdırırıq.
USM-müayinəsi nədir?
USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür. Rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur.
Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasientin orqanların və toxumaların vəziyyətini qiymətləndirir. USM təhlükəsiz müayinə metodu sayılır və bu səbəbdən çox geniş istifadə olunur.
USM müayinəsinə gəlməyə hazırlaşan pasient nə etməlidir, yəni buna necə hazırlaşmalıdır?
-Təcili haldan başqa qarın boşluğunun müayinəsi zamanı pasientin 12 saat öncədən ac olması, bir gün öncədən köp verə biləcək qida məhsullarının uzaq durmaları;
Böyrək, sidik kisəsi, prostat vəzi və başqa ginekoloji USM-dən öncə 1.5-2.5 litr maye qəbul edərək sidik kisəsinin doldurulması vacibdir. Ginekoloji orqanların müayinəsi müayinəsi üçün hər hansı bir hazırlıq lazım deyil. Tireoid , süd vəziləri, hamiləlik zamanı USM üçün də hazırlıq gərəkli deyil.
Mədəaltı vəzin ultrasəs müayinəsi necə həyata keçirilir?
Mədəaltı vəzi orqanizmdəki ən mühüm orqanlardan biridir. Mədəaltı vəzi damarlarda axan qanın tərkibindəki şəkər molekulunun miqdarını tənzimləyir. Əgər qanın tərkibindəki şəkər molekulunun miqdarı azalarsa, mədəaltı vəzi dərhal bu miqdarı artıraraq bunun qarşısını alır və bu tədbirlər insanın həyatını qoruyur. Əgər şəkər molekulunun miqdarı artarsa, bu dəfə də qanın tərkibindəki şəkərin miqdarını azaltmaq üçün tədbirlər görür. Mədəaltı vəzi həzm sisteminə göndərdiyi enzimlərlə də insan həyatında mühüm rol oynayır. Bağırsaqların mədə turşuları tərəfindən parçalanmasının qarşısını alan enzimlər də mədəaltı vəzi tərəfindən hasil edilir. Mədəaltı vəzidən hər hansı bir şikayət olunan zaman pasiyentə laborator analizlər ilə yanaşı ulturasəs müyinə təyin olunur. Bu metodla orqanın ölçüləri, onların daxili strukturu, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün xas olan dəyişikliklər aşkar olunur.
USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur.
Belə ki: - öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasientə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.
Oynaqların ultrasəs müayinəsini nəyi aşkar edə bilər?
-Ultrasəs müayinənin köməyi ilə həkim hematomaları, qırılmaları, artritləri və artrozları, şişləri aşkar edir.
-Çanaq-bud oynağının müayinəsi, podaqra, periartrit, bursit, budun ayırılmasının pozulması, revmatoid artrit, Reyter xəstəliyi zamanı artropatiya, oynağın sinovial qişasının iltihabı, koksartroz, bud sümüyünün başının nekrozunu müəyyən edir.
-Dizin ultrasəs müayinəsinin köməyi ilə həkim meniskin travmalarını, bağların zədələnmələrini, bursit, dizaltı sahədə Bekker kistasını, qonartroz, sümüklərin böyüməsini, oynağın sinovial qişasının iltihabını diaqnoz qoyur.
-Ayaq oynaqlarının ultrasəs müayinəsi əzələlərin, bağların və vətərlərin qırılmasını və dartılmasını, şişlərin və hematomaların xarakterini göstərir.
Prostat vəzinin Usm müayinəsi hansı üsullarla aparılır?
Müayinə əsasən iki üsulla aparılır:
1. Transabdominal üsul
Transabdominal üsulla müayinə adətən qarının ön divarı təbəqəsindən aparılır. Bunun üçün xəstə əvvəlcədən çoxlu maye qəbul etməli, və daha sonra müayinə olunmalıdır. Bu formada aparılan müayinənin əsas üstünlüyü - sadə aparılmasından, prostat vəzisi haqqında ümumi təsviri məlumatın olması və eyni zamanda bu orqanla yanaşı yerləşən digər toxumalar haqqında məlumatın əldə edilməsindən ibarətdir.
2. Transrektal üsul
Transrektal ultrasəs müayinəsi son illər prostat vəzisinin yoxlanılmasında çox geniş və uğurla tədbiq olunur. Bu üsülla orqana getdiqcə yaxınlaşaraq onun daxili strukturunu daha da dərindən öyrənilməsinə şərait yaradır. Xülasəsi transrektal üsul dəqiqləşdirən metodlardan biridir.
Prostat vəzisinin ultrasəs müayinəsi zamanı hansı göstəricilər nəzərə alınır?
Prostat vəzisinin ultrasəs müayinəsi zamanı aşağadakı göstəricilər nəzərə alınır:
- Forması - Konturları - Ölçüləri və həcmi
- Daxili strukturu
- Exogenliyi
-Prostat vəzinin ətrafında yerləşən toxumalarda gedən dəyişikliklər.
Prostat vəzisinin ultrasəs müayinəsi toxum kisəciklərinin və son olaraq qalıq sidiyinin təyin edilməsi ilə bitir.
Qalxanvari vəzin USM müayinəsi nədir?
Müayinə ocaqlı zədələnmələri, iltihabi dəyişiklikləri, kistaları və düyünlü törəmələri aşkar edən ən mühüm diaqnostika alətidir. Qalxanvari vəzi - ətraf mühitin zərərli təsirləri, peşə ziyanları, bütün növ şüalanmalar üçün hədəf orqandır. Qalxanvari vəzin patologiyasına Yer kürəsinin yaşlı əhalisinin təxminən 8%-də rast gəlinir. Qalxanvari vəzin bəd xassəli şişləri onkoloji xəstəliklər strukturunda 3%- qədər yer tutur. Müayinə istənilən gün xüsusi hazırlıqsız aparılır. Zərurət yarandıqda qanda hormonların analizi əlavə oluna bilər. Məhz qalxanvari vəzi bir çox xəstəliklərdə endokrinoloqların diqqət mərkəzində olur və qalxanvari vəzin ultrasəs müayinəsi xüsusi əhəmiyyət kəsb edir.
Hamiləlikdə ultrasəs müayinə hansı məqsədlərlə aparılır?
Hamiləlikdə ultrasəs aşağıdakı suallara cavab axtarmaq məqsədilə istifadə edilir
1.Hamiləlik varmı?
Normal yerindəmi?
Uşaqlıq içərisindəmi?
2.Uşağın təxmini kilosu nə qədər?
Həftəsinə görə kilosu, inkişafı normaldımı?
3.Hamiləlik canlıdırmı?
4.Hamiləliyin neçənci ayılıq? Neçə həftəlik?
5.Körpənin ənsə qalınlığı normaldırmı?
6.Körpədə bir anomaliya varmı? 18-20 həftələr arasında aparılan ətraflı ultrasəs ilə uşağın orqanlarında inkişaf pozğunluğu varmı araşdırılır.
7.Uşağın duruşu düzmü?
8.Dölün cifi (plasenta) normal inkişaf edibmi? Ciftin yerləşməsiı normal uyğundurmu?Cift doğüş yolunu bağlayırmı?
9. Körpənin baş diametri ayaq uzunluğu normal bilərmi?
10.Uşağın suyu normaldırmı?
11.Amniosentez və ya CVS kimi müdaxilələrdə istifadə edilir.
12.Biofizika profil (BFP) müayinənin qiymətləndirməsində körpənin hərəkətləri, əzələ tonusu və tənəffüsü qiymətləndirilir.
13.Erkən doğuş riski varlığında uşaqlıq ağzı uzunluğu ölçmək.
14.Uşaqlıq və yumurtalıqlarda myom və ya kist varmı?
15.Cinsiyyəti nədir?
16.Lazımi hallarda isə doppler araşdırma (qan axını) qiymətləndirilir.
Ən çox oxunanlar
Son xəbərlər