Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cabbar Mustafayev Həkim – pediatrla müsahibə Pnevmoniya zamanı hərarətin uzunmüddətli qalxması müşahidə olunur.

Baxılıb: 6 905     Tarix: 11-10-2018 10:18   

Müsahibim EGE Hospitalının Həkim-pediatrı Cabbar Mustafayevdir.
Həkimlə Pnevmoniya xəstəliyi, əlamətləri, simptomları və müalicəsi haqda danışacayıq.


 Cabbar həkim zəhmət olmasa, Pnevmoniya xəstəliyi haqda oxucularımızı məlumatlandırasınız?

Pnevmoniya – tənəffüs pozulmaları sindromu və/və ya fizikal əlamətlərə və həmçinin, rentgenoqramda infiltrativ dəyişikliklərə əsasən müəyyən olunan, ağciyər parenximasının kəskin infeksion iltihabi xəstəliyidir. Pnevmoniya - bronxit, KRVİ kimi xəstəliklərin düzgün və ya ümumiyyətlə, müalicə olunmaması nəticəsində inkişaf edə bilir. Eyni zamanda anemiyalar, raxit, uşaqda immunitetin zəif olması, xroniki tonzillit, xroniki qidalanma pozğunluqları, soyuqdəymə və s. kimi hallar da pnevmoniyanın baş verməsinə “kömək” edə bilər.
Pnevmoniya zamanı hərarətin uzunmüddətli (3 gündən artıq) qalxması müşahidə olunur. Qalxmış hərarəti heç bir qızdırma əleyhinə preparatlarla salmaq mümkün olmur. Bununla yanaşı, xəstədə təngnəfəslik, ağız ətrafında sianoz (göyərmə), halsızlıq, süstlük, iştahanın kəskin surətdə azalması, nəfəsalma zamanı döş qəfəsində ağrılar, get-gedə artan öskürək də əmələ gəlir. İfraz olunan açıq rəngli bəlğəm sonradan selikli-irinli şəkil alır.

Pnevmoniyanın əlamətləri hansılardır?


1.Titrəmə 
2.Bəlğəm 
3.Sinə ağrısı 
4. Quru və xırıltılı öskürək 
5. Şiddətli başağrısı
6.Hərarətin yüksəlməsi 
7. Yaddaş zəifliyi 
8. Yorğunluq, halsızlıq 
9.Sümüklərin ağrıması 
10.İştahasızlıq 
11.Dodaqda uçuq 
12. Susuzluq 
13.Baş gicəllənməsi 
• Dilin quru və ağ olması

Pnevmoniyanın simptomları hansılardır?

Bakteriya.
Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb olur Bakterial pnevmoniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər Simptomlar titrətmə,yüksək temperatur,tərləmə,döş qəfəsində ağrı,qısalmış tənəffüs,öskürək,yaşıl və ya sarı bəlğəm.
Yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniya adətən ağciyərin ancaq bir payına aid ola bilir.Bu lobar pnevmoniya adlanır.

Viruslar.

Pnevmoniyaların təxminən 50%-i viruslar tərəfindən törədilir.Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır.Adətən quru öskürəklə başlayır,başağrısı,qızdırma,əzələ ağrısı,üzülmə kimi simptomlar rast gəlinir.Xəstəlik inkişaf etdikcə tənginəfəslik əmələ gəlir,az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur.Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gələ bilər.

Mikoplazma.

Bu orqanizmlərin törətdikləri pnevmoniyalar özlərində həm bakterial həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir.Lakin bu əlamətlər daha
mülayim olur və daha gec inkişaf edir.Yataqda qalacaq qədər xəstə olmaya bilərsiniz və hətta pnevmoniya keçirdiyinizi bilməyə də bilərsiniz.
Mikoplazmalı pnevmoniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb.Antibiotiklərlə müalicəyə həssadırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.

Göbələk

Bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər.Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir,bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir.

Pneumocystis carinii.

Bu tip pnevmoniyalar AİDS-li xəstələrdə daha çox rast gəlinir.İmmun sistemi orqan transplantasiyası,kimyəvi terapiya,kortikosteroidlərlə müalicə, və ya digər immun zəiflədici dərmanlarla zədələnmiş xəstələr də risk altındadırlar.Əlamətləri kəsilməyən öskürək,qızdırma və qısalmış tənəffüsdür.

Pnevmoniyanın hansı formaları var?


Pnevmoniyanı aşağıdakı formaları vardır. 


1. birincili krupoz pnevmoniya, ocaqlı pnevmoniya (bronxopnevmoniya);
2. tənəffüs üzvlərində və digər üzvlərdə xroniki xəstəliklərlə birgə baş verən pnevmoniya (xroniki bronxit və s.);
3. stasionarda olan ağır xəstələrdə yaranan pnevmoniya;
4. zəifləmiş immunitet fonunda yaranmış pnevmoniya (QİÇS, bəzi preparatların uzunmüddətli qəbulu və s.).

Çox vaxt birincili pnevmoniyalar inkişaf edirlər, onlardan daha çox yayılan ocaqlı pnevmoniyadır. Xəstəliyin yaranmasında müxtəlif bakteriyalar (adətən, pnevmokokklar), viruslar və digər törədicilər rol oynayır. Kimyəvi və fiziki agentlər - kimyəvi maddələrin ağ ciyərə təsiri (benzin), termik faktorlar (soyuqlama və ya yanıq), radioaktiv şüalanma adətən, infeksiyalaşma ilə birgə. Pnevmoniya ağ ciyərlərdə allergik reaksiyanın nəticəsi ola bilər.

Xəstəliyin inkişafına həddən artıq soyuqlama, vitamin çatışmazlığı, yoğunluq təsir edir. 

Ocaqlı pnevmoniya adətən soyuqdəymə xəstəliyi səbəbindən başlayır: yuxarı tənəffüs yollarının iltihabı nəfəs borusu və bronxlarla ağ ciyərə keçir. Törədici ağ ciyər toxumasına qan və limfa damarları ilə düşə bilər. Bu mərhələdə vacib rolu orqanizmin infeksiyaya və onun yayılmasının qarşısını alan müdafiə qüvvələri oynayır. Bakteriyaların ağ ciyərdə yaşaması, artması və ağ ciyər alveolları ilə yayılması onların seliklə bərabər yuxarı tənəffüs yollarından və bronxlardan ayrılmasından, həmçinin, normadan artıq əmələ gəlmiş maye axınından çox asılıdır. Ağ ciyərin tənəffüs alveolları pnevmoniyada selikli-irinli xarakterli maye ilə dolurlar. Bu halda nəinki tənəffüs alveollarının, həm də ətrafda olan üzvlərin və toxumaların, o cümlədən bronxların iltihabı baş verir. Ocaqların sayı və ölçüləri müxtəlifdirlər. Viruslu pnevmoniyaların çoxunda ağ ciyərin qan damarları zədələnir və qan alveolyar boşluğa və kiçik bronxlara düşür.

Krupoz pnevmoniyada ağ ciyər alveolyar boşluğa maye axır, ağ ciyərin bir hissəsinin bütün alveolları bu maye ilə dolur və həmin hissə tənəffüsdə iştirak etmir. Bakterial iltihab bütün orqanizmin iltihabı ilə müşaiət olunur, bu damarlara, ürəyə, mərkəzi sinir sisteminə pis təsir edir. Alveollara keçmiş maye qan və fibrin zülalı tərkibli olur, bu da sağlam adamda qan laxtalanması sisteminin ən zəruri tərkib hissəsindən biridir. Qatı fibrin bəlğəmin ayrılmasına maneçilik törədir. Xəstəliyin son mərhələsində fermentlərin təsiri nəticəsində fibrin dağılır, alveolun tərkibi yenidən mayeləşir, bəlğəm asanlıqla çıxmağa başlayır, xəstə sağalır. Krupoz pnevmoniyada iltihab həmişə ağ ciyəri örtən plevraya yayılır, başqa sözlə pnevmoniya plevritlə birgə baş verir. Ona görə də xəstəliyi çox vaxt plevropnevmoniya adlandırırlar.
Adətən, ocaqlı pnevmoniya qəfildən inkişaf edir. Xəstəlik soyuqdəymədən sonra başlayır. Öskürək tədricən artır və xəstəliyin başlanğıcından 1-2 həftə sonra kifayət qədər asanlıqla ayrılan selikli-irinli bəlğəm olur. Viruslu pnevmoniyada bəlğəm çox vaxt qan tərkibli olur. Xəstəni düzgün olmayan qızdırma narahat edir:
bədən temperaturu 37 -39 dərəcə arasında dövr edir. Qızdırma zəiflik, tərləmə, üşütmə ilə müşaiyət olunur. Xəstəliyin ilk simptomlarında evə həkim çağırmaq və onun nəzarəti altında müalicəyə başlamaq lazımdır. Əgər güclü müalicə aparılmasa, bu hal bir neçə həftə və ay davam edə bilər. Viruslu pnevmoniyaların müddəti azdır, lakin gedişatları xeyli ağırdır və böyük təhlükə mənbəyidirlər. Bakterial pnevmoniyada nadir hallarda ürək-damar çatışmazlığı ağırlaşmaları olur; viruslu pnevmoniyada bu ağırlaşmalar adidir. Xəstəliyin ağırlığı ağ ciyərin zədələnmiş hissələrinin sayından asılıdır.
Əksəriyyətində, xüsusən də xroniki bronxitli xəstələrdə ocaqlı pnevmoniya residivə meylli olur və bu hallarda ağ ciyərin iltihabı xroniki gedişata malik ola bilər.
Krupoz pnevmoniya çox vaxt qabaqcadan əlamətsiz olaraq kəskin inkişaf edir. Güclü üşütmə, bir neçə dəqiqəyə bədən temperaturu 39-dərəcəyə yüksəlir. Adətən, xəstəni kəskin sancılı yan tərəfinin ağrısı narahat edir və bu tənəffüs zamanı artır; bütün bunlar ağ ciyər plevrasını örtən iltihabla müşaiət olunur. 1-2 gündən sonra, bəzən daha tez , qan qarışıq bəlğəmin ağrılı öskürəyi yaranır. Xəstəni artan təngnəfəslik narahat edir. Onun üzündə xarakterik əlamətlər olur: yanaqların qızdırmadan qızarması (adətən ağ ciyərin zədələnmiş tərəfində daha parlaq), burun pərlərinin və dodaqların göyərməsi. Xəstəlik inkişaf etdikcə xəstənin halı pisləşir, çünki bakteriya zəhərləri və ağ ciyər toxumalarının parçalanması məhsulları orqanizmi zəhərləyirlər. Arteriyal təzyiq düşür, ürək yıgılmaları qəfildən tezləşir. Qəfil əzginlik və etinasızlıq və ya əksinə, narahatçılıq və yuxusuzluq yaranır.

Pnevmoniyanın müalicəsi
Xəstənin olduğu otağın havası hər gün dəyişilməlidir. Xəstənin bədəni tez-tez spirtlə və ya içərisinə azca su qatılmış araqla silinməlidir. Xəstənin qidalanmasına diqqət yetirmək mütləqdir. Çoxlu maye qəbul etməli, sellülozlu ( kələm, çuğundur, xiyar) tərəvəzlər yeməlidir. Sağalma ərəfəsində vitaminlərə tələbat artır və bu zaman təbii tərəvəz və meyvələrlə yanaşı, polivitamin preparatlarından da istifadə edilməlidir. Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr, bəlğəmgətirici preparatlar, bitki çayları təşkil edir.

Fəsadları:
Bu xəstəliyə dırnaqarası baxanlar da olur. Bu qəbildən olan insanlara deməliyik ki, uzunmüddətli, qeyri-adekvat müalicə əhəmiyyətli ağciyər və ağciyərdən xaric fəsadlara gətirib çıxara bilər.
Ağciyər fəsadları: plevrit, ağciyərin abses və qanqrenası, ağciyərin destruksiyası, bronxoobstruktiv sindrom, kəskin tənəffüs çatışmazlığı və ağciyər ödemi.
Ağciyərdən xaric fəsadlar: infeksion-toksiki şok, kəskin ağciyər ürəyi, miokardit, endokardit, perikardit, sepsis, meningit, meninqoensefalit, anemiyalar, ağır gedişli pnevmoniyalar zamanı hətta psixozlar.

Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Buyurun, çalışın hər zaman sağlam olun!
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar