Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ali dərəcəli həkim-Otolarinqoloqla müsahibə

Baxılıb: 2 712     Tarix: 11-10-2018 11:03   

Qanunvehedef.az saytı ölkənin savadlı və ixtisaslaşmış həkimlərinin müsahibəsini təqdim edir. Saytımızın qonağı Medical Plaza Klinikasının Ali dərəcəli həkim-Otolarinqoloqu İsmayıl İsmayılovdur. Həkimlə burun çəpər əyriliyi xəstəliyinin əlamətləri, və müalicəsi haqqında həmsöhbət olduq.
Həmin müsahibəni sizin diqqətinizə çatdırırıq.


Burun tənəffüs baxımından ən vacib organlardan biridir. Qoxu və dad alımına yardımçı olma ilə bərabər alınan havanın təmizlənməsi,nəmləndirilməsi və isidilməsini təmin edər.Bu səbəblədə burundan nəfəs alınmalı və verilməlidir.

Burun tıxanıqlığının başlıca səbəbləri hansılardır?

Burun tıxanıqlığının başlıca səbəbləri bunlardır:
-Burun içi infeksiyaları-Rinitlər
-Kəskin və xronik sinusitlər
-Burun çəpər əyriliyi
-Burun əti şişməsi
-Burun əti böyüməsi-adenoid vegetasiyası
-Burunda yad cisim :
-Allergiya
-Burun şişləri

Ismayıl həkim, zəhmət olmasa daha geniş yayılmış burun çəpər əyriliyi xəstəliyi haqqında nə deyə bilərsiniz?


Burun arakəsməsi burun boşluğunu ortadan ikiyə bölən bir divardır. Septumun ön hissəsi sağlam ancaq büküləbilən qığırdaqdan, arxa hissəsi isə sümükdən ibarətdir. Normal halda septumun orta xəttə olması sağ və sol burun boşluqlarının eyni genişlikdə olması gərəklidir. İnsanların 80%-ində septum tam olaraq orta xəttə deyil və bu hər hansı bir şikayətə səbəb olmadığı kimi sağlıq problemi də yaratmır. Bəzən septum orta xəttən çox kənarlaşmış olur və buna burun çəpər əyriliyi deyilir.

Burun çəpəri əyriliyinin əlamətləri hansılardır?

Burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burun boşluğunda daim quruluq hiss olunur. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır, insan yuxuda xoruldayır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər. Burun çəpəri əyriliyinin ağır formaları zamanı qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər inkişaf edə bilər və s.

Burun çəpəri əyriliyi nə zaman yarana bilər?

Burun çəpəri sümük və qığırdaq hissələrindən ibarətdir. Uşağın boyatma və inkişafı zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedə bilər ki, nəticədə burun çəpəri düzgün formalaşmamış olur. Bu burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.
Digər səbəb - müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə uşaq yıxıldıqda və ya hər hansı zərbə aldıqda bu patologiya yarana bilər.
Burun polipəri (burun boşluğunda olan şişlər), tez-tez təkrarlanan və uzun sürən zökəm, uşaqlarda burunda yad cismin uzun müddət ərzində qalması nəticəsində də burun çəpərinin əyriliyi inkişaf edə bilər.
Burunun iç bölməsində meydana gələn əyrilik, bir çox insanda olduğu üçün əgər xəstəyə narahatlıq vermirsə müalicə aparmaq lazımsızdır. Ancaq xəstə vəziyyətdən şikayətçidirsə problem düzəldilməlidir və bunun da yeganə yolu əməliyyatdır.

İki tip burun formalaşdırma əməliyyatı var: Septoplastika və Rhinoplastika
Septoplastika, burunun, funksiyasını yerinə yetirməsinin maneə törədən problemləri düzəltmək üçün tətbiq edilir. Əməliyyat, sümük quruluşunun təkmilləşməsi ilə yanaşı kişilərdə 17-18, qadınlarda isə 15-16 yaşından sonra tətbiq olunur. Ancaq bəzi xüsusi vəziyyətlərdə daha erkən yaşlarda da müdaxilə edilə bilər.

Burun çəpər əyriliyinə necə diaqnoz qoyulur?

Diaqnoz burnun endoskopla ətraflı müayinəsi ilə qoyulur. Bununla yanaşı sinusit, burun ətində şişkinlik və allergiya kimi başqa problemler varsa bunlar üçün rentgen ,tomoqrafiya ve laborator analizlərdən istifadə edilə bilər.

Qapalı rinoplastika əməliyyatı nədir?


Qapalı rinoplastika əməliyyatı zamanı kəsik burun boşluğundan aparılır. Cərrah burun dərisini burnun karkasını təşkil edən burun sümükləri və qığırdağından ayırır. Bundan sonra burnun formasını asanlıqla dəyişdirə, arzu edilən formanı əldə etmək üçün həcmi kiçiltmek lazım gelerse böyütmek de mümkün ola bilir. Məsələn, cərrah burnu daraltmaq üçün qığırdağın burun arxasındakı donqar hisselerini kesib forma verir. Sonra sümük hissesini yanlardan yaxınlaşdırır ve qığırdaqları burun çeperının üst qısmine öz tebii yerine tikir. Burnun çıxıntılı hissələrinin götürülməsi xüsusi alətler vasitəsilə həyata keçirilir. Cərrah burun sümüklərinin və qığırdağın formasını dəyişdirdikdən düzgün forma verdikden sonra, yumşaq toxumaları o cümleden aparılan kəsiyi tikir. Burnun formasını saxlamaq üçün burun arxasına gipsi evez eden müasir splintler qoyulur o da 7-14 gün erzinde çıxarılır(şişkinliyin çekilmesine bağlı olaraq).

Ümumiyyətlə Rinoplastika zamanı pyezo üsülu tətbiq olunurmu?


Xəstələrin ən çox qorxduqları əməliyyatdan sonra burunda olan göyərmə və şişkinliklərdir. Göyərmə ve şişkinliyə səbəb burun sümüklərinin sındırılmasıdır. Bu zaman bu damarlardan sızan qan isə göyərmə və şişkinliyə səbəb olur. Artıq burun estetiyinin göyərmə ve şişkinlik yaradan bu hissəsi üçün çox özəl yeni bir üsul var. Buna Ultrasonik rinoplastika deyilir. Yəni artıq burun sümüklərini səs dalğaları ilə kəsirik. Bu üsul sümüyü kəsib yumşaq toxumalara və damarlara qətiyyən zərər verməyən bir üsuldur. Sümüyə toxunduğunda sümüyü kəsir, ancaq damara toxunduğunda damara heç bir zərər vermir və bu səbəbdən qanama olmur. Heç bir şəkildə yumşaq toxuma və damar zədələnməsi olmadığı üçün qanama olmur, qanama olmadığı üçün göyərmə və şişkinliklər də olmur. Normal rinoplastika üsulu ilə edilən əməliyyatda çox ciddi şiş və göyərmə ola biləcək bir xəstədə Ultrasonik üsulla çox az şiş və göyərmələr olur. Yəni bu üsulla əməliyyat olunan xəstələr çox tez normal həyatlarına qayıdırlar. Artıq bir neçə ildir ki rinoplastika əməliyyatı zamanı buruna tampon qoymuruq. Hətta bu tamponun ciddi əks göstərişləri olduğu barədə məlumatlar var. Bunun əvəzinə ölçüsü 1mm qalınlığında silikon borulardan istifadə edirik ki, pasient əməliyyatdan dərhal sonra nəfəs alır. Eyni zamanda ənənəvi gipslər əvəzinə hazır termosplintlərdən istifadə edirik. Əməliyyat uyğun prinsiplərə görə icra edildiyindən ağrı demək olar ki olmur. Burundaxili problemləri endoskopik üsulla əməliyyat etdiyimiz üçün pasient az travma alır. 7-10 gün sonra bütün pasientlər öz əvvəlki iş fəaliyyətinə başlaya bilər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar