Menisk yırtığı nədir? Travmatoloq-ortopedlə müsahibə
Baxılıb: 5 042 Tarix: 16-10-2018 11:36
Menisk yırtığı bu gün əksər insanları narahat edən bir mövzudur. Menisk yırtığının əmələ gəlmə səbəblərini, əlamətlərini və müalicəsini 1 saylı şəhər Klinik Xəstəxanasının Travmatoloq-ortopedi Fuad Əyyubovun müsahibəsindən öyrənəcəyik:
Menisk yırtığı nədir?
-Bədənimizdə ən çox yaralanan bölgələrdən biri də mensiklərimizdir. Hər kəs menisk xəstəliyi haqqında eşidib, lakin bu xəstəlik haqqında məlumatı olanlar çox azdır. Menisk xəstəliyi toxumalarla bağlıdır. Bu xəstəliyə “menisk yırtığı” demək daha doğru olar.
Dizin alt və üst sümüyü arasında olan və adətən amartisator kimi işləyən incə bağ toxumalarına menisk deyilir.Menisklər diz bölgəsində ən böyük iki sümüyün kəsişdiyi nöqtədə “C” şəklində mövcud olan incə yastıqcıqlardır. Dizdə yuvarlaq bud sümüyü (femur) ilə düz qamış sümüyünün (tibia) uyğun bir oynaq yaratması, yükün daşınması, bir çox istiqamətə dönmə hərəkəti edə bilməsini, femur (bud sümüyü) və tibia (qamış sümüyü) arasındakı güc tarazlığının təmin olunması kimi vəzifələri də yerinə yetirir.
-Bəs menisküslər nə üçün yırtılır?
-Müxtəlif səbəblərdən yırtıqlar yarana bilər. Adətən dizin dönməsi və ya burxulması nəticəsində bu baş verə bilər. Həmçinin ağırlıq qaldırılan zaman, idman hərəkətləri zaman da bu problem yaşana bilər. Artan yaşın da buna çox böyük təsiri var.
-Menisküs yırtığının dərəcəsinə görə müxtəlif göstəriciləri olur. Kiçik yırtıqlarda -yüngül ağrı və şişlik müşahidə edilə bilər. Bu əlamətlər adətən 2-3 həftədə yoxa çıxır.
-Orta dərəcə yırtıqlar zamanı dizin orta nöqtəsində və ya yanlarında ağrı hiss edilə bilər. Diz üstə çökmə zamanı ani batıcı ağrı meydana gələ bilər. Bu simptomlar 1-2 həftə içində itə bilər. Ancaq dizə ağırlıq yüklənən zaman təkrar geri baş verə bilər. Müalicə edilməsə illər ərzində təkrarlayan ağrılar baş qaldıra bilər.
-Yırtığın irəliləmiş formasında menisküsün yırtılan qismində oynaq içəri doğru dönər. Bu vəziyyət dizdə qurumağa səbəb ola bilər. Diz tamamilə düz hala gətirilməyə bilər. Bu orqanda boşalma hissi meydana çıxır. Şişlik və hərəkət problemi 2-3 gün ərzində yaranır.
-Menisk yırtığının əlamətləri hansılardır?
-"Menisk yırtığı" olan xəstə adətən spesifik şikayətlər ilə həkimə müraciət etməyə məcbur olur.Bu şikayətlərə dizin tam bükülməsi sonrasında ayağa qalxarkən olan xronik ağrılarla birlikdə ani hərəkət ilə başlayan kəskin ağrı və sonrasında dizini aça bilməmək şikayətlərini nümunə olaraq demək olar. Diz içindən eşidilən səslər yırtığın ilk əlamətləri ola bilər. Dizdə şişkinlik əmələ gələnə qədər idmançılar idmana davam edir, amma şişkinlik yarandıqdan sonra şikayətlər başlayır. Şikayətlər 24-48 içərisində inkişaf edir.
-Dizdə gərginlik və şişkinlik
-Oynaq hərəkət açıqlığında azalma
-Dizdə maye toplanması
-Meniskin yırtıq hissəsi oynaq arasına girdikdə oynaqda kilitlənmə yaranması
-pilləkanda ağrının çoxalması
-yerdən otura bilməmək
-axsamaq,
-Menisk yırtıqları formasına görə neçə növə ayrılır?
-Menisk yırtıqları formasına görə müxtəlif növlərə ayrılır:
Uzunlamasına yırtıqlar- meniskin kənarına paraleldir, qismən və tam ola bilər
Eninə yırtıqlar –meniskin superior və inferior üzlərinin ayrılması şəklində olur.
Oblik yırtaqlar
Radial yırtıqlar-periferik şaquli
Müxtəlif tip yırtıqlar- vedrə sapı şəkilli, tutuquşu pipiyi şəkilli, qarışıq və ya degenerativ tip yırtıqlar
-Menisk yırtıqları yaşa görə dəyişkənlik göstərir:
– Gənc xəstələrdə əsas səbəb travmadır,vertikal menisk yırtığı daha çox rastlanır.
– Yaşlı xəstələrdə artroz(degenerativ oynaq xəstəliyi) əsas səbəbdir. Kompleks və ya horizontal yırtıqlar daha çox rastlanır
– Uşaqlarda menisk yırtıqları diskoid menisk zəminində daha çox yaranır.
-Menisk yırtıqlarına diaqnoz necə qoyulur?
-Dioqnozun qoyulmasında anamnez, fiziki müayinələr, meniskin müayinəsinə yönələn özəl testlər, (mcmurray, Apley testlər) radio-dioqnostik yöntəmlər mühüm rol oynayır. Rentgenoloji müayinədə menisklər görülmür, ancaq dizdəki digər patologiyaları görmək və digər zədələnmələrlə differensial dioqnostika etmək üçün çəkilməsi məsləhət görülə bilər. MRT müayinəsi mensk yırtığının 80-93% arasında düzgün dioqnostika edilməsındə əsas müayinə üsulu hesab edilir.
-Menisk yırtığının müalicəsi necə aparılır?
-Günümüzdə "artroskopik" başqa adla "endoskopik" yəni kəsi olmadan oynaq əməliyyatları sayəsində oynaq daxilində olan bu cür patologiyalar cərrahi müalicə olunur ki dünyada qəbul olunan da budur.Önəmli olan digər bir məlumat olaraq menisk yırtığı aşkarlanmış xəstə cərrahi müalicə həkim tərəfindən məsləhət görülürsə qərar vermək üçün çox düşünməməli,zamanla böyüyəcək və təmiri mümkün olmayacaq vəziyyətə səbəb olmamış cərrahi müdaxiləyə izin verməlidir.Gənc, fəal həyat tərzi sürən şəxslərdə menisk yırtıqlarının əməliyyat edilməsi daha məqsədə uyğundur. Yırtığın tipinə, bunula birlikdə inkişaf edən patologiyanın olub olmaması, xəstənin yaşına görə həkim uyğun müalicəni planlaşdırır. Cərrahiyyədən sonra reabilitasiya müalicənin mühüm bir mərhələsidir. 2 tip menisk cərrahiyyəsi vardır
2 tip menisk cərrahiyyəsi mövcuddur.
1.Menisektomiya(meniskin yırtıq qisminin alınması): Ən sıx tətbiq edilən diz artroskopiya cərrahiyyəsidir.
Meniskin xəsarət almış qismi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda meniskin az bir qismi çıxarıldığı üçün funksional itkiyə səbəb olmur. Meniskin iç 1/3 qisminin sağalma ehtimalı olmadığı üçün alınır. Xəstə artroskopik menisektomiyadan 4 saat sonra yeriyə bilir və 3 həftə sonra idmana dönə bilir. Meniskin böyük hissəsinin parçalı yırtıqlarında bəzən böyük bir qismi və ya tamamı çıxarıla bilir. Bu da gələcəkdə ciddi funksional pozğunluqlara bağlı diz ağrılarına və duzlaşmaya səbəb ola bilər. Bu səbəblə də lazım olmadıqda meniskin alınması məsləhət görülmür.
Menisk tikilməsi: Meniskin bayır 2/3(oynaq kapsuluna yaxın) hissəsinin sağalma potensialı var. Bayır 2/3 hissəsi eyni zamanda meniskin funksiyaların 90%-ini yerinə yetirir.
Bu səbəbə görə də bu bölgədəki yırtıqlar mümkünsə tikilməlidir. Bu əməliyyatın üstünlüyü odur ki, yırtıq sağaldıqda uzun müddətli diz funksiyası bərpa olmuş olur. Bu əməliyyatın çatışmayan cəhətləri olaraq10% hallarda tikilmiş yırtığın sağalmaması, xəstənin 6-8 həftə qoltuqaltı əsa istifadə etməsi və idmana ancaq 3-4 aydan sonra dönə bilməsidir.
- Menisk yırtıqlarından necə özümüzü qoruya bilərik?
- Bunun üçün əsas diz çevrəsi və bud-baldıq əzələ qruplarını gücləndirmək elastikliyini
artırmaq idmanlara xas texniki bacaqıqları inkişaf etdirərək vərdişlər yaratmaqla, bu tip yaralanmaların qarşısını ala bilərik.
Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Buyurun, çalışın hər zaman sağlam olun!
Ən çox oxunanlar
Son xəbərlər